Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Hökumətə sual: bəs bizdə gələcəyin avtomobilləri nə vaxt olacaq?

© Sputnik / Владимир Песня / Mediabanka keçidЭлектроавтомобиль Tesla
Электроавтомобиль Tesla - Sputnik Azərbaycan
Abunə olmaq
Yaxın zamanlarda Azərbaycanda da elektromobillər geniş şəkildə yayılacaq, amma bunun üçün dövlətin dəstək proqramlarına ehtiyac var

BAKI, 21 mart — Sputnik. Dünyanın avtomobil bazarında elektromobillərin üstünlük təşkil etməsi on, maksimum on beş ilin məsələsidir.

Bunu Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının sədri Natiq Zərbəliyev Sputnik Azərbaycan-a bildirib.

Onun sözlərinə görə, Moskvada "Renault" avtomobillərini test ediblər. İstənilən elektromobilin satışı müvafiq infrastrukturun, ilk növbədə də yanacaqdoldurma stansiyalarının qurulması ilə birbaşa bağlıdır. Vaxtilə Moskvanın sabiq meri Yuri Lujkov yanacaqdoldurma məntəqələrinin qurulması və elekrtomobillərin Rusiya paytaxtına buraxılması niyyətində idi.

"Amma bu alınmadı, dayandırdılar. Bunun üçün əvvəlcə avtomobilə yanaşma fəlsəfəsi dəyişməlidir" — deyə Zərbəliyev bildirir.

Avtomobillər - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda avtomobil sahibi olmağın belə dərdi də varmış

Elektromobillər səssiz olduqlarından piyadalar üçün təhlükəlidir. İstehsalçılar variantlardan biri kimi avtomobillərə dinamik qoymaq istəyirlər ki, piyadaları xəbərdar etmək üçün mühərrikin səsini imitasiya etsin.

"Biz Sokolnikdə elektromobilləri sınaqdan keçirdik. Onlar tamamilə səssizdir. Biz hər dəfə maşını saxlamalı və səs siqnalı verməli idik ki, piyadanı xəbərdar edək. Piyadalar isə qəfil səs siqnalından səksənir və döndüklərində maşını görüb hürkürdülər. Çünki maşın tamamilə səssiz işlədiyindən, piyadalar onu hiss etmirlər. Onlar həmçinin səssiz tərpənirlər və əyləcə basanda da səssiz dayanırlar. Bu, çox maraqlıdır, sanki mistikdir" — deyə ekspert bildirir.

Ekspertin fikrincə, yaxın zamanlarda Azərbaycanda bu məsələnin perspektivi görünmür. Elektromobil mədəniyyətinin inkişafı üçün kompleks yanaşma lazımdır. Elə dövlət proqramları olmalıdır ki, onlar ekologiya uğrunda mübarizə aparsın, vergiləri aşağı salaraq elektromobillərin alınmasının təbliğatını aparsın və bu işi təşviq etsin.

"Misal üçün Parisdə səkilərdəki kiçik dayaqlarda quraşdırılmış enerjitoplama qurğuları ilə təchiz edilmiş xüsusi parklama yerləri var. Eyni zamanda, yol vergilərində və gömrük rəsmiləşdirilməsi zamanı xüsusi güzəştlər mümkündür. Həmçinin elektromobilləri təbliğ edən dövlət proqramları olmalıdır" — deyə AADA sədri bildirib.

Ekspert hesab edir ki, elektromobillər bir o qədər də mükəmməl nəqliyyat vasitəsi deyil, çünki onların akkumulyatorları çox bahadır.

Avtomobil - Sputnik Azərbaycan
Dünyanın iki "əjdaha" avtomobil şirkətindən gözlənilməz qərar

"Mən hesab edirəm ki, alimlərdən kimsə hazırkı litium-ion kimi baha olmayan tamamilə yeni akkumulyator düşünərək Nobel mükafatını almalıdır" — Zərbəliyev bildirib.

Hazırda məşhurluğa görə, Tesla elektromobili liderlik edir. Onu yaxın gələcəyin avtomobili hesab etmək olar.

"Mənim həm Porsche 911, həm də Tesla-sı olan dostum var. O deyir ki, tez-tez Tesla ilə seyrə çıxır, çünki o mükəmməllikdir. Amma bu, hamıya nəsib olmur, çünki belə avtomobillər hələlik çox bahadır. Teslanın ən ciddi modelləri 80 min dollardan başlayır" — ekspert bildirib.

Bu istiqamətdə alman konsernlərinin aparıcı avtomobil şirkətləri məşğul olur.

"Aydındır ki, bu on, maksimum on beş ilin məsələsidir. Bu başqa məsələdir ki, hər bir ölkə insanların elektromobillər, heç olmasa, ilkin olaraq hibridləri almağa başlamasına çalışmalıdır. Bizdə hətta hibridləri belə elə də xoş qarşılamırlar. Yeni avtomobillərin Azərbaycana nə zaman gələcəyinə gəlincə, bu barədə alimlərə və hakimiyyətə sual vermək lazımdır." — deyə AADA sədri bildirib. 

Xəbər lenti
0