Dünyanın iki "əjdaha" avtomobil şirkətindən gözlənilməz qərar

© carbon16Avtomobil
Avtomobil - Sputnik Azərbaycan
Abunə olmaq
"Toyota" ilə "BMW" birlikdə maşın istehsal edəcək. Yeni modelin necə olacağı ictimaiyyətə bəlli deyil.

BAKI, 26 sen — Sputnik. Yaponiyanın "Toyota" şirkəti və Almaniyanın avtomobil istehsalçısı "BMW" birlikdə yeni avtomobil üzərində işləyir. Bu barədə məlumatı sözügedən avtomobil konsernlərinin mətbuat xidmətləri yayıb.

The logo of German carmaker Volkswagen is seen at the Volkswagen (VW) automobile manufacturing plant in Puebla near Mexico City September 23, 2015 - Sputnik Azərbaycan
Avtomobil şirkəti əvvəl cərimələndi, sonra mükafat aldı

Sputnik informing-ə istinadən xəbər verir ki, şirkətlərin birlikdə, məhz necə avtomobil buraxacağı hələ ki, ictimaiyyətə məlum deyil. Ehtimal var ki, şirkətlər birlikdə ümumi platformaya malik maşın istehsal edəcək.

Qeyd edək ki, hazırda "Subaru" və "Toyota"nın birgə layihəsi sual altındadır. Onlar daha əvvəl GT86 və BRZ markalı avtomobillər istehsal etmişdi. Hələ ki, "Subaru" şirkəti yenilənmiş BRZ modellərinin gələcək inkişafı ilə bağlı hər hansı plana malik deyil.

Məlumata görə, direktorlar şurasının bir çox nümayəndəsi BRZ-ə üstünlük verir. Onların fikrincə, bu model avtomobil gənc avtomobilsevərlərin xoşuna gəlir. Onlar hələlik ikinci nəsil "yaşıl rəng" avtomobillərini hələ ki, dövriyyəyə buraxmayıblar.

Əlavə edək ki, "Subaru" BRZ dünya bazarında çox yaxşı satılır. Artıq keçmiş yay modelində yeniliklər edilib. Yeni modeldə avtomobilin idarəetməsi və gücü artırılıb.

Xəbər lenti
0