BAKI, 17 mart — Sputnik. Bayram günlərində ölkə vətəndaşları dəmir yolunun xidmətlərindən daha çox istifadə edirlər. Ona görə də Novruz Bayramı günlərində — 20-27 mart 2017-ci il tarixlərində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təşkilatlarında fasiləsiz iş rejimi təşkil edilir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, martın 17-də sərnişinlərin bayram əhvali-ruhiyyəsini qaldırmaq üçün Bakı sərnişin stansiyasında Novruz şənliyi keçirilib. Şənliyin iştirakçıları sərnişinlərə maraqlı səhnəciklər, musiqilər təqdim etdilər. Novruz bayramının əzəli-əbədi personajları olan Kosa və Keçəlin iştirakı isə sərnişinlərdə əsil bayram əhvali-ruhiyyəsi yaşatdı.
Sonra bayram tədbiri Bakı sərnişin stansiyasının kassa və gözləmə zallarında davam etdirilib.