Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Neftin qiyməti düşəcək, dollar bütün dünyada bahalaşacaq

© REUTERS / Sergei Karpukhin/File PhotoНефтяные насосы в Уфе, Республика Башкортостан, Россия. 11 июля 2015 года
Нефтяные насосы в Уфе, Республика Башкортостан, Россия. 11 июля 2015 года - Sputnik Azərbaycan
Abunə olmaq
Fuad Əlizadə: "Manat neftin qiymətlərinin dəyişməsinə reaksiya vermir"

BAKI, 17 mart — Sputnik. "2008-ci ildə dünyada, əsasən də Amerikada başlayan maliyyə böhranı zamanı ABŞ Federal Ehtiyat Sistemi (FED) maliyyə bazarlarına dəstək vermək üçün uçot dərəcələrini sıfır dərəcəyə saldı. Hər ay maliyyə bazarlarına təqribən 60-80 milyard dollar əlavə aşağı faizlə maliyyə dəstəyi göstərilirdi. Bu, uzun müddət belə davam edə bilməzdi". 

Bunu iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında deyib.

Onun sözlərinə görə, keçən ilin əvvəllərindən ABŞ-da işsizlik, inflyasiya, iqtisadi artım ilə bağlı makroiqtisadi göstəricilər yüksəlməyə başladı: 

Neft araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban - Sputnik Azərbaycan
Neftin qiyməti 50 dollardan aşağı düşə bilər

“FED öncədən elan etdi ki, iqtisadiyyatda normallaşma prosesi başladığına görə, yavaş-yavaş uçot dərəcələrini artıracaq. Və bununla gələcəkdə həm həddindən artıq inflyasiyanın qarşısını alacaq, həm də Amerika bazarlarını daha cəlbedici hala gətirəcək. Çünki uçot dərəcəsi qalxdıqca, Amerikanın 1-30 illik borc kağızları, yəni, dövlət borc istiqrazları daha baha qiymətləndirilir və investorlar üçün cəlbedici hala gəlir. Obrazlı desək, dollar dünyanın hər yerindən investisiyalar şəklində öz vətəninə, Amerikaya geri dönməyə başlayır. ABŞ-da uçot dərəcəsinin qalxmasının əsas səbəbi budur”. 

Onun fikrincə, Amerikada iqtisadi göstəricilər xeyli dərəcədə yaxşılaşıb. İşsizlik son 30 ilin ən aşağı səviyyəsinə düşüb, iqtisadi artım var. 2017-ci ildə FED 2 dəfə də faizi artıracaq və ilin sonuna uçot dərəcəsi 1,5 faiz təşkil edəcək. Bu da FED-in qarşısına qoyduğu hədəflərə yaxın bir göstəricidir. 

“2019-cu ilədək FED uçot dərəcəsini 3 faizə çatdırmağı düşünür. Bu nöqteyi-nəzərdən Amerikanın atdığı addımlar öz iqtisadiyyatlarını möhkəmləndirməyə yönəlib” – Natiq Cəfərli deyib. 

Əflatun Amaşov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Millət vəkili: “Dolların bahalaşması medianı çətin duruma saldı”

Ekspert əlavə edib ki, ABŞ maliyyə bazarlarına ciddi təsir etdiyi üçün uçot dərəcəsinin artması dünyanın bütün ölkələrinə, maliyyə bazarlarına və milli valyutalara təsir etməyə başlayıb: “Bazarlar 1 ay öncədən bu faiz artımının olacağını bilirdilər deyə normal reaksiya verdilər. Buna görə də, az da olsa, digər valyutalara müsbət təsir etdi və dolların cüzi də olsa, ucuzlaşmasını gördük. Amma bu gün dalğalanmalar bitib. Artıq bazarlar bu il ərzində baş verəcək daha 2 faiz artımını nəzərə alaraq reaksiya verməyə başlayıb. Bu, dünyada dolları bahalaşdırır”.

İqtisadçının fikrincə, dünyada dolların bahalaşması həm də əmtəə qiymətlərinə təsir göstərir: “Bu il daha 2 dəfə faiz artımı olacaqsa, ən azından əmtəə qiymətlərində kəskin bahalaşmanı gözləməyə dəyməz. Azərbaycanı əmtəə qiymətlərindən daha çox neft qiymətləri maraqlandırır. FED-in bu addımı neftin bahalaşması tempini kifayət qədər aşağı salacaq, hətta il ərzində başqa parametrlər də bazara təsir etsə, ucuzlaşmağa doğru addımlar ola bilər”.

Onun sözlərinə görə, bu, Azərbaycana 2 istiqamətdən təsir göstərir: “Birincisi, dünyada dollar indeksi bahalaşdıqca, ətraf ölkələrin milli valyutaları dəyərdən düşür. Azərbaycanın əsas tərəfdaşı olan ölkələrdə milli valyutalar ucuzlaşırsa, Azərbaycana təsir göstərir və manata olan təzyiqlər artır. Bir də əmtəə qiymətləri yönündən təzyiq göstərir. Əgər 2 dəfə faiz artımı olsa, neftin qiymətlərində daha aşağı hədlər görə bilərik. Azərbaycanda maliyyə bazarları, birjalar yoxdur. Dünya iqtisadiyyatında baş verən proseslər birbaşa təsir göstərmir. Amma FED qərarlarının dalğalı şəkildə, dolayı yollar ilə Azərbaycan iqtisadiyyatına da ciddi təsiri var”. 

Доллары США - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Dollar dünyada ucuzlaşır, Azərbaycanda isə...

Ekspert deyib ki, bir çox ölkələrdə müxtəlif səbəblər olsa da, uçot dərəcəsinin qaldırılmasının əsas səbəbi inflyasiyanın və milli valyutanın sürətlə dəyərdən düşməsinin qarşısını almaqdır: “Məsələn, Azərbaycanda da ötən il birdən-birə Mərkəzi Bank uçot dərəcəsini 15 faizə qaldırıb. Bu, çox yüksək faizdir. Bu da manat qıtlığının yaradılmasına və dövriyyəsinin azaldılmasına xidmət edir. Mərkəzi Bank az da olsa, bu addımla məzənnəyə olan təzyiqləri sabitləşdirməyə, inflyasiyanın qarşısını almağa çalışır. Mərkəzi Bank hər iki tərəfdən müəyyən üstünlüklər qazansa da bu, iqtisadi aktivliyi ciddi şəkildə zəiflədir”.

“15 faizlik uçot dərəcəsi o deməkdir ki, Mərkəzi Bank kommersiya banklarına aşağısı 15 faizlə borc verməlidir. Borc götürən kommersiya bankları sonradan bunu baha faizlə kredit verməyə məcburdurlar. Bu da Azərbaycanda 25-30 faizə qədər kreditləri bahalaşdırır” — deyə o qeyd edib.

İqtisadçı-ekspert Fuad Əlizadə isə Sputnik Azərbaycan-a açıqlamasında FED-in uçot dərəcəsini qaldırmasının Azərbaycana təsirinin olmayacağını deyib: “Bir halda ki, neftin qiymətinin bahalaşması, ucuzlaşması manatın məzənnəsinə təsir etmir, FED-in qərarı da məzənnəyə təsir etməyəcək”.

Onun sözlərinə görə, FED-in uçot dərəcəsini qaldırması daha çox dünya iqtisadiyyatına sıx inteqrasiya edən ölkələrə təsir edə bilər: “Rubl neftin qiymətlərinin dəyişməsinə dərhal reaksiya verirdi. Amma manat heç bir reaksiya vermir. Ona görə də FED-in qərarının rubla, avroya, dollara təsiri olacaq, amma manata olmayacaq”. 

Доллары США - Sputnik Azərbaycan
İQTİSADİYYAT
FED faizi artırdı, dollar isə ucuzlaşdı

FED-in uçot dərəcəsi ilə bağlı qərarı qısamüddətli dövrdə adətən böyük həcmdə spekulyativ kapital daxilolmalarına malik olan ölkələrə təsir göstərir. Azərbaycan isə iri həcmli spekulyativ kapital daxilolmalarına malik ölkə olmadığından FED-in son qərarının təsiri ilə burada hər hansı qısamüddətli dəyişiklik gözlənilmir.

Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

AMB-dən bildirilib ki, bu qərarın manatın məzənnəsinə birbaşa təsiri yoxdur: "Əgər bu qərar müəyyən vaxtdan sonra neftin qiymətinin dəyişməsinə səbəb olarsa, o zaman bu amil ölkənin tədiyyə balansına təsir göstərə bilər".

"Azərbaycan tipli ölkələrə FED-in qərarı orta və uzunmüddətli dövrdə təsir göstərə bilər. Bu təsirləri qabaqlayıcı rejimdə tənzimləmək üçün Azərbaycan hökuməti və Mərkəzi Bankı adekvat makroiqtisadi sabitlik tədbirləri görür və bundan sonra da görəcək. ABŞ Federal Ehtiyat Sisteminin qəbul etdiyi son qərardan sonra dünya bazarlarında dolların məzənnəsinin bahalaşması ilə bağlı gözləntilər hələ ki özünü doğrultmur. Bu proseslərin ölkəmizin valyuta bazarına gözlənti kimi psixoloji təsirləri istisna olunmur. Lakin buna iqtisadi əsas yoxdur. Belə ki, hazırda ölkədə həyata keçirilən məzənnə rejiminə uyğun olaraq ABŞ dollarının manata nəzərən məzənnəsi valyuta bazarındakı tələb-təklif nisbətindən asılı olaraq formalaşır. Xarici valyuta bazarındakı tələb-təklif nisbəti isə əsasən tədiyyə balansının vəziyyətindən, yəni ölkəyə daxil olan və ölkədən çıxan xarici valyutanın həcmi ilə yanaşı büdcə ehtiyacları üçün neft transferlərinin məbləğindən asılıdır" — AMB-nin açıqlamasında qeyd edilib.

Xəbər lenti
0