CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda doğulanların sayı ölənlərin sayını 3 dəfədən çox üstələyir

© Photo : ƏƏSMN mətbuat xidmətiÇexiyalı professor Tomaş Kuçera Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əhali proqnozlarına dair təqdimat keçirib
Çexiyalı professor Tomaş Kuçera Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əhali proqnozlarına dair təqdimat keçirib - Sputnik Azərbaycan
Abunə olmaq
Səlim Müslümov: "2015-ci ildə ölkədə ölənlərin sayı əhalinin hər on min nəfərinə hesabı ilə 2003-cü ildəki 60 nəfərdən 57 nəfərə qədər azalıb"

BAKI, 15 fev — Sputnik. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) "Məlumat mübadiləsi saatı" üzrə növbəti tədbir olaraq, Çexiyanın Karlov Universitetinin professoru və beynəlxalq ekspert Tomaş Kuçeranın ölkəmizlə bağlı hazırladığı əhali proqnozlarına dair yekun təqdimatı olub. Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tədbirdə aidiyyəti dövlət qurumlarının, Azərbaycan Milli Elmlər Akademiyasının, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatının, BMT-nin Əhali Fondunun, nazirliyin struktur bölmələrinin nümayəndələri, beynəlxalq ekspertlər iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbiri giriş sözü ilə açaraq, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin sosial-iqtisadi inkişafına yönələn siyasətinin nailiyyətlərindən biri kimi, Respublikada müsbət demoqrafik meyllərin davam etdiyini vurğulayıb. O bildirib ki, ölkə əhalisinin sayı 2003-cü illə müqayisədə 17,5 faiz artaraq 2016-cı ilin 1 dekabr tarixinə 9 802 min nəfərə çatıb.

© Photo : ƏƏSMN mətbuat xidmətiÇexiyalı professor Tomaş Kuçera Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əhali proqnozlarına dair təqdimat keçirib
Çexiyalı professor Tomaş Kuçera Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əhali proqnozlarına dair təqdimat keçirib - Sputnik Azərbaycan
1/4
Çexiyalı professor Tomaş Kuçera Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əhali proqnozlarına dair təqdimat keçirib

2/4

3/4

4/4

"Doğulanların sayı əhalinin hər min nəfərinə hesabı ilə 2003-cü ildəki 14 nəfərdən 2015-ci ildə 17,4 nəfərə qədər artıb. Ölkədə doğulanların sayı 2003-cü ildə 113 467 nəfər olduğu halda, 2015-ci ildə bundan 46,5 faiz çox, yəni 166 210 nəfər olub. Bu müsbət dinamika digər tərəfdən ölüm səviyyəsinin azalması ilə müşahidə edilib. Məsələn, 2015-ci ildə ölkədə ölənlərin sayı əhalinin hər on min nəfərinə hesabı ilə 2003-cü ildəki 60 nəfərdən 57 nəfərə qədər azalıb. Yəni il ərzində respublikada doğulanların sayı ölənlərin sayını 3 dəfədən çox üstələyir" — Müslümov bildirib.

Nazir ölkəmizdə ölüm səviyyəsinin azalmasının, doğulanda gözlənilən ömür uzunluğu göstəricisinin artması ilə müşahidə edildiyini deyib: "Bu göstərici 2003-də 72,3 yaş (o cümlədən kişilər arasında 69,5 yaş, qadınlar arasında 75,1 yaş) olub, 2015-ci ilin yekunlarına görə isə, doğulanda gözlənilən ömür uzunluğu 75,2 yaşa (o cümlədən kişilər üçün 72,7 yaşa, qadınlar üçün isə 77,6 yaşa) yüksəlib. Miqrasiya saldosunda da müsbət dinamika davam edir. 2015-ci ildə bu göstərici +1,1 min nəfər olub. Ümumilikdə, digər demoqrafik göstəricilərdə də mütəmadi yaxşılaşma özünü göstərib".

Tədbir T. Kuçera tərəfindən respublikanın və iqtisadi rayonların əhali proqnozlarına dair hazırladığı yekun təqdimatla davam edib. Ölkənin gələcək inkişafına və əhalinin perspektiv meyllərinə dair geniş müzakirələr şəraitində keçən tədbirdə mütəxəssislər tərəfindən əhali proqnozlarının hazırlanması məsələləri ilə bağlı təkliflər də səsləndirilib.

Xəbər lenti
0