ELM

Dövlət İmtahan Mərkəzindən vacib elan

© Sputnik / Murad OrujovDövlət İmtahan Mərkəzinin binası
Dövlət İmtahan Mərkəzinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət İmtahan Mərkəzi yanında İctimai Şuraya üzv olmaq istəyənlər müraciət edə bilərlər

BAKI, 17 mart — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları, valideyn-müəllim assosiasiyaları, təhsil ekspertləri, kütləvi informasiya vasitələri nümayəndələri üçün vacib elan verib. 

Sputnik Azərbaycan-a DİM-dən daxil olan elanda bildirilir ki, qurum mart ayı ərzində ümumtəhsil müəssisələrinin ümumi orta təhsil (9 illik) səviyyəsi üzrə təhsilalanlar üçün buraxılış imtahanının birinci mərhələsini keçirir. Üzürlü səbəbdən bu imtahanlarda iştirak etməyən və ya eksternat qaydasında yekun qiymətləndirmədə (attestasiyada) iştirak edən şəxslər, o cümlədən ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün bu imtahanlar aprel ayında keçiriləcək. 

Малейкя Аббасзаде - Sputnik Azərbaycan
ELM
İmtahanın keyfiyyəti vəsaitin məbləğindən asılıdır

İmtahanın birinci mərhələsində şagirdlərin oxuyub-anlama, yazı və riyazi bacarıqlarını yoxlamaq məqsədilə açıq (cavablar şagird tərəfindən müəyyənləşdirilib yazı ilə ifadə olunur) tipli tapşırıqlardan, yazı işlərindən istifadə edilir. Bu formada açıq tipli tapşırıqlar buraxılış imtahanlarında ilk dəfədir tətbiq olunur və yazı işləri (imtahan cavabları) Dövlət İmtahan Mərkəzi və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında markerlər tərəfindən yoxlanılacaq. 

DİM Prezident İlham Əliyev tərəfindən bütün qurumların fəaliyyətində ictimai iştirakçılığın geniş tətbiqinə, vətəndaş cəmiyyətinin inkişafına böyük önəm verildiyini xatırladıb: “Ölkəmizin uğurlu inkişafının təminatında ictimai nəzarətin müstəsna əhəmiyyətini hər zaman xüsusilə qeyd edən dövlət başçısı həyata keçirilən tədbirlərdə, onların idarəedilməsində ictimaiyyəti daha fəal olmağa çağırır. Cənab prezidentin qeyd elədiyi kimi “bizim ictimaiyyət hər hansı bir yerdə qanunsuzluqlar, pozuntular baş verdikdə dərhal reaksiya verir. Bu, bizə kömək edir. Bu canlı bağlantı daim olmalıdır və güclənməlidir". 

Bu məqsədlə DİM fəaliyyəti boyunca keçirdiyi imtahanların bütün mərhələlərində təhsil ictimaiyyətinin qəbul prosesinin idarə olunmasında iştirakına, bu sahəyə ictimai nəzarətin təşkilinə, ictimaiyyətin hərtərəfli məlumatlandırılmasına, qəbul prosesinin şəffaflığının təmin edilməsinə böyük önəm verib. 

Учебный процесс в одном из вузов Баку, фото из архива - Sputnik Azərbaycan
ELM
Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edilib

“Şəffaflıq daim DİM-in əsas fəaliyyət prinsipi olub. DİM-in keçirdiyi imtahanların məzmunu həmişə açıq olub: fənlər üzrə qəbul proqramları, model testlər, sınaq və qəbul imtahanlarında istifadə olunan test kitabçaları, test tapşırıqları topluları və müxtəlif metodiki vəsaitlər hazırlanıb abituriyentlərin istifadəsinə verilib. Qəbul kampaniyasının bütün gedişi və ayrı-ayrı mərhələləri ardıcıl olaraq internetdə, kütləvi informasiya vasitələrində işıqlandırılıb.” – DİM-in elanında bildirilir. 

Qeyd olunanların davamı olaraq DİM ümumi orta təhsil bazasında buraxılış imtahanlarının keçirilməsi, materialların emalı və yazı işlərinin yoxlanılmasına ictimai nəzarətin təşkili, prosesin şəffaflığının təmin edilməsi məqsədilə İctimai Şura yaradır. İctimai Şuranın üzvləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası tərəfindən formalaşdırılacaqdır. Proseslərə cəlb olunmazdan əvvəl Şura üzvlərinə təlimlər keçiriləcək və hüquq və vəzifələri izah ediləcək. 

Sürücülük vəsiqəsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
DYP-nin "prava" verdiyi sürücünü DİM təkrar imtahana çəkəcək

“Şuraya üzv olmaq üçün vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları, valideyn-müəllim assosiasiyaları, təhsil ekspertləri, kütləvi informasiya vasitələri nümayəndələri anket formasını buradan yükləyərək doldurub press@tqdk.gov.az elektron ünvanına göndərməklə qeydiyyatdan keçə bilərlər” – DİM-dən bildirilib.

Xatırladaq ki, İctimai Şuradakı fəaliyyətinə görə üzvlərə əmək haqqı, qonorar və başqa ödənişlər verilmir.

Xəbər lenti
0