ELM

9-cu sinif şagirdləri yenə imtahan verəcəklər

© Sputnik / Rahım MuradovLənkəranda buraxılış imtahanları keçirilib
Lənkəranda buraxılış imtahanları keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
İmtahanlarda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə martın 9-dan etibarən çap edib götürə bilirlər

BAKI, 15 mart — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) 18 mart 2017-ci il tarixində Bakı (xüsusi məktəblər) və respublikanın 28 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirəcək. Həmin gün ümumilikdə 35012 şagirdin imtahan verəcəyi nəzərdə tutulur. Bu barədə Sputnik Azərbaycan DİM-in mətbuat xidmətinə istinadən məlumat verir.

İmtahanlarda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə martın 9-dan etibarən çap edib götürə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunacaq. Kitabçada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. 

İmtahan prosesi - Sputnik Azərbaycan
ELM
İmtahan ödənişlərinin yekun məbləğləri açıqlandı

DİM bir daha imtahan iştirakçılarının nəzərinə çatdırıb ki, imtahan materialları (sual kitabçası, cavab vərəqi, inşa vərəqi) imtahanın sonunda nəzarətçilərə təhvil verilməlidir. Əks halda şagirdin imtahan nəticələri ləğv edilir. Materialların hər hansı vasitə ilə kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayımlanması da qadağandır. Belə hal baş verdikdə imtahan materiallarını yayanlar haqqında müvafiq tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarına müraciət ediləcək.

İmtahan saat 11:00-da başlanır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

— imtahana buraxılış vərəqəsini;

— şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini; 

BakuBus автобус - Sputnik Azərbaycan
CƏMİYYƏT
Avtobus sürmək üçün bu testdən də keçməli olacaqlar

b) əcnəbilər şəxsi pasportları və  icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və  icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

— Şəxsiyyət vəsiqəsində şəkli olmayan  şagirdlər  digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanların keçirilməsi üçün ümumilikdə 96 imtahan mərkəzi ayrılıb. 

9-cu sinif buraxılış imtahanının birinci mərhələsində 35012 (Yasamal rayonunda 251, Səbail rayonunda 216, Xətai rayonunda 20, Xəzər  rayonunda 109, Nərimanov rayonunda 15, Sabunçu  rayonunda 209, Nəsimi rayonunda 54, Qaradağ rayonunda 37, Nizami rayonunda 42, Pirallahı rayonunda 10, Gəncə şəhərində 3292, Daşkəsən rayonunda 294, Şəmkir rayonunda 2489, Göygöl  rayonunda 915, Samux rayonunda 687, Gədəbəy rayonunda 882, Qazax rayonunda 975, Ağstafa rayonunda 899, Tovuz  rayonunda 2059, Şamaxı şəhərində 1000, Mingəçevir şəhərində  1180, Naftalan şəhərində 80, Goranboy rayonunda 1363, Yevlax şəhərində 1344, Şəki şəhərində 1982, Zaqatala  rayonunda 1379, Balakən rayonunda 908, Qəbələ rayonunda  1357, Qax rayonunda  615, Oğuz  rayonunda 570, Göyçay şəhərində 1272, Ağdaş rayonunda 1256, İsmayıllı rayonunda 1039, Quba rayonunda 1942, Qusar rayonunda 1096, Xaçmaz şəhərində 2017, Şabran şəhərində 675, Siyəzən rayonunda 482 nəfər)  şagirdin  iştirakı nəzərdə tutulur.

Xəbər lenti
0