ELM

İmtahan ödənişlərinin yekun məbləğləri açıqlandı

© Sputnik / Rahim Zakiroğluİmtahan prosesi
İmtahan prosesi - Sputnik Azərbaycan
Abunə olmaq
DİM: Təsdiq olunan qiymətlərə əlavə dəyər vergisi daxil deyil

BAKI, 13 mart — Sputnik. "Təhsil eksperti Kamran Əsədov yanlışlığa yol verib və düzgün informasiya təqdim etməyib. Belə ki, tələbələr imtahan vermək üçün ödəyəcəkləri nəzərdə tutulmuş məbləğdən əlavə ƏDV ödəməyəcəklər".

İmtahan - Sputnik Azərbaycan
ELM
Qəbul imtahanlarının qiyməti ilə bağlı təkliflər Tarif Şurasına göndərildi

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə deyib. Qeyd edək ki, Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, imtahanda iştirak etmək üçün nəzərdə tutulan ödənişdən başqa tələbələr ƏDV də ödəyəcəklər.

"Bu, doğru fikir deyil. İmtahan verən hər kəs ƏDV-siz olan məbləği ödəyəcək. Təsdiq olunan qiymətlərə əlavə dəyər vergisi daxil deyil. Bir sözlə, imtahan iştirakçıları həmin cədvəldə nəzərdə tutulmuş qiymətləri ödəyəcəklər" — DİM yetkinlisi bildirib.

Onun sözlərinə görə, abituriyentlərin ödəyəcəyi məbləğlər belə olacaq:

Orta ixtisas məktəblərinə daxil olmaq üçün 20 manat;

Учебный процесс в одном из вузов Баку, фото из архива - Sputnik Azərbaycan
ELM
Ali məktəblərimiz tələbə üzünə həsrət qalacaq

Ali təhsilin bakalavr pilləsinə daxil olmaq üçün 40 manat;

Birinci mərhələ magistr imtahanı üçün 50 manat;

İkinci mərhələ magistr imtahanı və Baza ali tibb təhsili əsasında rezidenturaya qəbulun birinci mərhələsi üçün 60 manat;

Baza ali tibb təhsili əsasında rezidenturaya qəbulun ikinci mərhələsi 100 manat.

Xanlar Xanlarzadə doktorantura imtahanlarına DİM-in cavabdehlik daşımadığını qeyd edib: "Bu pilləyə imtahanı universitetlərin özləri apardığı üçün onlar özləri bunu müəyyən edəcək".

Xəbər lenti
0