Svetlana Məhsimova fındıqçörəyinin hazırlanması üçün ərzaq reseptini və onun bişirilmə qaydasını Sputnik Azərbaycan-la bölüşüb.
Haqqında danışdığımız şirniyyatın hazırlanması üçün lazım olan ərzaqlar:
1 kq un
3 stəkan qatıq
3 yumurta
1 ç.q soda
İçlik üçün:
500 q qabığı təmizlənmiş, üyüdülmüş fındıq
500 q şəkər tozu
1 ç.q üyüdülmüş keşniş toxumu
3 stəkan qatığın üzərinə 3 ədəd yumurta, 1ç.q soda və 1 ç.m. duz əlavə etdikdən sonra qarışdırılır. Alınan kütlənin üzərinə un əlavə olunur. Əvvəlcə qaşıqla qarışdırırıq, sonra əlimizlə xəmiri yoğururuq. Xəmir bir az dinləndikdən sonra xəmiri kündəyə ayırıb, oxlovla yayırıq. Daha sonra xəmiri halqavari kəsib, şəkərburada olduğu kimi içlik qoyub ağzını bükürük. Yağı qızdırdıqdan sonra fındıqçörəyini yağda qızardırıq.
Nuş olsun!