Bu Avropa ölkəsi də Türkiyə əleyhinə fəaliyyətə qoşuldu

© Sputnik / Vladimir Pesnya / Mediabanka keçidStokholm
Stokholm - Sputnik Azərbaycan
Abunə olmaq
Ədalət və İnkişaf Partiyasının sədr müavini Mehdi Ekerin Stockholmda çıxış edəcəyi salonun sahibi ona salonu icarəyə verməkdən imtina edib

BAKI, 12 mart — Sputnik. Türkiyə ilə bağlı növbəti qalmaqal İsveçdə baş verib.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Mehdi Ekerin İsveçin paytaxtı Stockholmda çıxış edəcəyi salonun sahibi ona salonu icarəyə verməkdən imtina edib. Nəticədə toplantı ləğv edilib.

Mehdi Eker Stockholmda bu gün Türkiyə Konstitusiyasının dəyişdirilməsilə bağlı referendum kampanyası çərçivəsində çıxış edəcəkmiş. Qabaqcadan razılaşdırılmasına baxmayaraq, salonun sahibi icarə müqaviləsinin ləğv edildiyini bildirib. O, bunun səbəblərinə aydınlıq gətirməkdən imtina edib.

Fatma Betül Kaya - Sputnik Azərbaycan
Türkiyəli naziri Niderlanddan qovdular

İsveç Xarici İşlər Nazirliyinin Mətbuat Bürosunun rəhbəri Kent Öberg İsveç Radiosunun bu barədə sualını cavablandırarkən deyib: 

"İsveçdə ifadə azdlıqları var, hər kəs danışmaq və toplantı keçirmək haqqına malikdir. Əgər belə bir icazə alınıbsa, o toplantı keçirilə bilər".

Xarici siyasətçilərin başqa ölkələrdə kampaniya təşkil etməsi ilə bağlı hüququ şərh edən beynəlxalq hüquq məsələləri üzrə professor Ove Bring isə deyib: "Təməl qayda olaraq ifadə azadlığı haqqı mövcuddur. Ancaq Avropa İnsan Hüquqları Bəyənnaməsinin 10-cu maddəsi lazımi hallarda digər ölkələrlə bağlı siyasi kampaniyaları qadağan etmə haqqını da tanımaqdadır".

Xəbər lenti
0