Türkiyəli naziri Niderlanddan qovdular

Fatma Betül Kaya
Fatma Betül Kaya - Sputnik Azərbaycan
Abunə olmaq
Yerli KİV-lərin məlumatına görə, polis əməkdaşları nazir Fatma Betül Kayanı Hollandiya-Almaniya sərhədinədək müşayiət edəcəklər

BAKI, 12 mart — Sputnik. Niderland hökuməti Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Kayanı “arzuolunmaz əcnəbi” elan edib.

Sputnik Azərbaycan-nın Milliyet-ə istinadən verdiyi xəbərə görə, Niderland hökuməti türkiyəli nazirin ölkədən çıxarılmasına qərar verib.   

Yerli KİV-lərin məlumatına görə, polis əməkdaşları nazir Fatma Betül Kayanı Hollandiya-Almaniya sərhədinədək müşayiət edəcəklər.

Almaniyada səfərdə olmuş Fatma Betül Kaya, Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazəni ləğv etdikdən sonra Berlindən Niderlanda yerüstü nəqliyyat vasitəsi ilə səfər edəcəyini bəyan etmişdi.

Xəbər verildiyi kimi, Fatma Betül Kayanın avtomobili Türkiyənin Rotterdamdakı Baş Konsulluğuna yollanarkən Niderland polisi tərəfindən saxlanılıb. Nazirin səfərini işıqlandırmaq üçün Rotterdama səfər edən  “Anadolu” və TRT-nin jurnalistlərinə də Baş Konsulluq istiqamətində hərəkət etmək qadağan olunub.

Xəbər lenti
0