İlhan Aşkın: "Əgər ermənilər bizə bu məsələdə üstün gəlsələr..."

© Photo : zamanhollandaAzərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın
Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın - Sputnik Azərbaycan
Abunə olmaq
İlhan Aşkın bildirib ki, məhkəmənin növbəti iclası martın 17-də keçiriləcək və hakim son qərar verəcək

BAKI, 12 mart — Sputnik. Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın məhkəmə prosesi ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verib.

Aşkın bildirib ki, növbəti məhkəmə prosesi martın 3-də keçirilib: “Prokuror mənə 80 saat işləmək cəzası və 2 il müddətində belə sözlərdən istifadə edərəmsə, 14 gün müddətində həbs cəzasına məhkum edilməyimi istədi. Təbii ki, bu istək bizi çıxılmaz vəziyyətə salır. Ancaq vəkilim çox güclüdür və mən ona etibar edirəm”. 

Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın - Sputnik Azərbaycan
"Diaspor İlhan Aşkını sonadək müdafiə etməlidir"

Aşkın bildirib ki, məhkəmənin növbəti iclası martın 17-də keçiriləcək və hakim son qərar verəcək: “Ümidliyəm. Qeyd edim ki, mən bir saat belə cəza alsam, bu bizi haqsız vəziyyətə salacaq. Vəkilim də bildirdi ki, qərar ürəyimizcə olmasa Ali Məhkəməyə müraciət edəcəyik. Bu da olmasa, İnsan Haqları Məhkəməsinə qədər gedəcəyik. Bu məsələ təkcə İlhan Aşkın məsələsi deyil, milli məsələdir. Əgər onlar bizə bu məsələdə üstün gəlsələr, bu digər diaspor təşkilatlarına da sirayət edəcək”. 

Aşkın bildirir ki, Azərbaycan təşkilatları da öz yardımını əsirgəmir: “Firəngiz xanım, Mayisə xanım, Leyla xanım bizə mənəvi yardım göstərirlər. Biz haqlıyıq və haqlı olduğumuz üçün bu mübarizəni davam etdirəcəyik. Məhkəmədə məni çox sıxışdırdılar ki, üzr istəyim, peşman olduğumu deyim. Amma mən peşman deyiləm. Mən haqsız heç nə deməmişəm. Qarabağ Azərbaycanındır və ermənilər o torpağı işğaldan azad etməldir. Əks halda Qarabağ onlara məzar olacaq. Qeyd edim ki, Azərbaycan və Türkiyə səfirliklərindən nümayəndələr gəlmişdi. Mən sevinirəm ki, Azərbaycan və Türkiyə mənim arxamdadır”. 

Xəbər lenti
0