CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İsmayıllıda törədilən partlayışın ilginc səbəbi üzə çıxıb

CC0 / GooKingSword / grenadeƏl qumbarası, arxiv şəkli
Əl qumbarası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Cinayəti törədən şəxslərdən qəribə açıqlama

BAKI, 12 mart – Sputnik. Hər gün ölkə vətəndaşlarının asayişini qoruyan polislər müxtəlif cür kriminal ünsürlərlə rastlaşırlar. 

Xidmətləri boyu polislər şübhəlilərdən hərəkətlərinin səbəbləri barədə çox hekayələr eşidiblər. Həmin hekayələrdə şübhəlilər özlərini təmizə çıxarmaq və başqalarını ləkələmək üçün hər cür nağıl və rəvayət uydururlar. Buna görə də bir çox polislər saxlanılanın ilkin dindirmə zamanı dediyi ilk sözlərdən onun yalan danışıb-danışmadığını bilirlər.

Bu günlərdə İsmayıllıda baş vermiş hadisədə də belə olub. İsmayıllı şəhərində çayxanaya qumbara atan şəxs hər şeyi arağın üstünə atmağa çalışıb. Görünür o yaxşı bilirmiş ki, cinayətlərin çoxu məhz alkoqolun təsiri altında baş verir. 

Ручная граната, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
İsmayıllıda partlayış törədildi, yaralılar var

Lakin hadisələri qabaqlamayaq.

Martın 10-da axşam saatlarında İsmayıllı şəhərindəki bazarın yaxınlığındakı çayxanada partlayış baş verib. Şahidlərin sözlərinə görə, naməlum şəxs çayxanaya daxil olaraq qumbaranı atıb və aradan çıxıb.

Təəssüf ki, hadisə yaralılarsız ötüşməyib. Partlayış zamanı rayonun Günəşli qəsəbə sakini, 1986-cı il təvəllüdlü Məlikov Səfa Fikrət oğlu və Yuxarıbaş kənd sakini 1994-cü il təvəllüdlü Heydərli Asiman Əhməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən İsmayıllı şəhər sakini, 1969-cu il təvəllüdlü Kazımov Zakir Əhməd oğlu polislər tərəfindən saxlanılıb.

Hadisənin ən maraqlı hissəsi bundan sonra başlayıb. İlkin dindirmə zamanı Kazımov bildirib ki, cinayəti törədən zaman içkili olub və heç nəyi xatırlamır.

Təbii ki, polislər ona inanmırlar. Fakt üzrə araşdırma aparılır və hadisənin motivi aydınlaşdırılır. Əlbəttə ki, sonda hər şey aydın olacaq.

Bütün bu deyilənlərlə əlaqədar əlavə etmək istərdik ki, əgər araq yaddaşınızı sıradan çıxarırsa, onu içməyi tərgidin.

Xəbər lenti
0