Adil Əliyev: “Avropa oyunlarından sonra İslam Həmrəyliyi Oyunlarını da yüksək səviyyədə keçirməyə nail olacağıq”
Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının başlamasına iki ay qalır.
Millət vəkili, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev Sputnik-ə bildirib ki, Azərbaycan bu oyunlara yaxşı hazırlaşıb: “Azərbaycan İslam Həmrəyliyi Oyunlarına hazırdır. Həm ev sahibi kimi, həm idmançıların hazırlıq səviyyəsi baxımından, yarışların keçirilməsinə yaradılan şərait baxımından hər şey yüksək səviyyədədir”.
“Avropa Oyunlarının keçirilməsindən sonra Azərbaycan könüllülərin iştirakı, həmçinin qurğuların, arenaların hazırlıq vəziyyətinə gətirilməsi baxımından İslam Həmrəyliyi Oyunlarının da yüksək səviyyədə keçirilməsinə də nail olacaq” – deyə o bildirib.