CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tələbə faciəsi qaranlıqda gizlənən acı həqiqətləri ortaya çıxardı

© Photo : AzvisionBakı-Sumqayıt yolunda baş verən qəza
Bakı-Sumqayıt yolunda baş verən qəza - Sputnik Azərbaycan
Abunə olmaq
"5-10 manat rüşvət alıb insanların həyatını təhlükəyə atırlar"

BAKI, 10 mart — Sputnik. Xəbər verdiyimiz kimi, dünən səhər Bakı-Sumqayıt yolunda baş verən ağır qəzada 5 tələbə dünyasını dəyişib, 20 nəfər yaralanıb. Hadisə ilə bağlı mətbuata açıqlama verən DİN-in Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, sürücü sərnişindaşıma qaydalarını pozub.

Təcili yardım - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda tələbələri daşıyan mikroavtobus qəzaya uğradı

Mətbuat xidmətinin rəhbəri onu da qeyd edib ki, həmişə vətəndaşlara belə avtomobillərə minməmələri ilə bağlı xəbərdarlıq edirlər: "Amma onlar bizim xəbərdarlığımıza ciddi yanaşmırlar. Biz sürücüləri də xəbərdar edirik ki, artıq sərnişin götürməsinlər. Çünki bilirik ki, bu, faciə ilə nəticələnəcək".

Məsələni Sputnik Azərbaycan-a şərh edən yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, sərnişinlərə dəfələrlə xəbərdarlıq olunsa da, onlar qaydalara riayət etmirlər: "Mən də dəfələrlə bu haqda çıxışlarımda məlumat vermişəm, eyni zamanda elə Kamran Əliyevin çıxışlarında sərnişinlərə müraciətinin dəfələrlə şahidi olmuşam. Sərnişinlər həyatlarını təhlükəyə atırlar. Yer yoxdursa, növbəti avtobusu gözləmək istəmirlər. Bu da belə faciələrə səbəb olur. İnsanların başına gələn bu hadisələr bəsit yanaşma, "heç nə olmaz" düşüncəsi, təhlükəsizlik qaydalarına etinadsızlığın nəticəsidir". 

"Son məlumata görə, həmin qəzanı törədən sürücünü 61 dəfə cərimə məsuliyyətinə cəlb ediblər. Əminliklə deyirəm ki, hər o yolu gedib-gələndə həmin sürücünü, ən azı 2-3 dəfə cərimə etmək olardı. Polisin məsuliyyətsizliyi, laqeydliyi, sürücünün acgözlüyü və sərnişinin həyatına laqeydsizliyi belə fəsadlara gətirib çıxarır" — Ə. Hüseynov bildirib.

O, Bakı-Sumqayıt yolunda iki stasionar post olmasına diqqət çəkib: "Sürücü yük üçün nəzərdə tutulmuş maşına 20-yə yaxın sərnişin yığıb gedir və iki postdan rahatca keçir. Bu, çox müəmmalıdır. Orada postda işləyən polislər bu avtomobili görmürlər?!".

Ekspertin sözlərinə görə, hər şeyi sərnişinlərin boynuna atırlar: "Sürücü sərnişinlərə müraciət etməlidir ki, "düşün aşağı, çox sərnişin apara bilmərəm". Sərnişin məhəl qoymadan avtobusa minirsə, o zaman sürücü avtobusu söndürüb polisə zəng etməlidir. Polis sərnişinləri avtobusdan düşürüb, cərimələmək hüququna malikdir. Amma sürücülər nəfslərini qoruya bilmir, əksinə özləri daha çox sərnişini avtobusa mindirərək, yola çıxırlar".

Tələbələrin cəsədləri ailələrinə təhvil verildi - Sputnik Azərbaycan
HADİSƏ
Bakı-Sumqayıt yolundakı qəza ilə bağlı növbəti tükürpədici fakt ortaya çıxdı

Avtomobil nəqliyyatı üzrə ekspert Elməddin Muradlı də Sputnik Azərbaycan-a açıqlamasında mühüm məqamlara toxunub: "16 nəfərlik avtobusda 24 nəfər daşınır. Bu, qeyri-qanunidir. Hətta, o "Ford" avtomobilləri yük daşınması üçün nəzərdə tutulur. Bəzi insanlar o maşınları alıb konstruksiyanı dəyişdirir və avtobus kimi istifadə edirlər. Bu da qanun pozuntusudur".

"Bu cür avtomobillərin xəttə çıxmasına Sumqayıt Nəqliyyat Agentliyi, Bakıda isə Bakı Nəqliyyat Agentliyi nəzarət etmir, ən çox məsuliyyət isə Dövlət Avtomobil Nəqliyyat Xidmətinin üzərinə düşür. Çünki bu cür minik vasitələri Bakıya daxil olmamalı, avtovağzalda sərnişinləri boşaltmalı və oradan da sərnişinləri aparmalıdır. Amma avtobus sürücüləri Dövlət Avtomobil Nəqliyyat Agentliyinin əməkdaşlarına 5-10 manat rüşvət verərək şəhərə daxil olurlar. "20 yanvar"a daxil ola bilmədikləri üçün 3-cü mikrorayon dairəsində yığışırlar və bir nümayəndə "20 yanvar"dan sərnişin yığaraq sürücüyə zəng edir. Sürücü də dərhal gəlir, 1 dəqiqə içində sərnişinləri avtobusa yığıb, yenidən Sumqayıta doğru hərəkət edir. Bu, artıq cinayətdir" — Muradlı bildirib.

Ekspert başqa nüanslara da diqqət çəkir: "Bu avtobuslar texniki baxışdan keçmir? Texniki baxışdan keçmirsə, bir qanun pozuntusu, keçirsə, daha dəhşətli qanun pozuntusudur. Axı onlar texniki baxışdan necə keçə bilər? Axı texniki pasportda yük üçün nəzərdə tutulursa, bu maşınla necə sərnişin daşımaq olar?".

"Texniki cəhətdən nasaz olan maşın cərimə meydançasına getməlidir və ilkin vəziyyətinə qaytarıldıqdan sonra istismarına icazə verilməlidir. Dövlət Avtomobil Nəqliyyat Agentliyinin işçiləri yollarda bu halları görmürlər? Bilmirlər ki, bu, qanun pozuntusudur? Çox yaxşı bilirlər. Amma göz yumurlar" — deyə Elməddin Muradlı qeyd edib.

Həmsöhbətimiz sərnişinlərdə də günah olduğuna diqqət çəkir: "Polis avtobusu saxlayanda sürücü qalır kənarda, sərnişinlər düşüb polislə dava edirlər. Sonra gedib şikayət məktubları yazırlar ki, polis evimizə çatmağa imkan vermir. Polis də belə avtobuslara göz yumur. Bir sözlə, insanların həyatını təhlükəyə atıb iş qurmaq olmaz".

Xəbər lenti
0