Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda tələbələri daşıyan mikroavtobus qəzaya uğradı

Abunə olmaq
Bakı-Sumqayıt yolunda tükürpədici qəza: ölən və yaralananlar var

BAKI, 9 mart — Sputnik. Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Baş verən qəzada üç tələbə dünyasını dəyişib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə yerində 3 nəfər dünyasını dəyişib. Ölənlərin hər 3-ü tələbədir. Xəsarət alan 5 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyətləri ağırdır.

Ağır yol qəzası. Arxiv şəkil - Sputnik Azərbaycan
HADİSƏ
Bu il yol qəzalarında 700-ə yaxın insan həlak olub

Qəza səbəbindən Bakı-Sumqayıt yolunda uzun tıxac yaranıb, nəqliyyatın hərəkəti müvəqqəti dayanıb. Hadisə yerinə iki təcili tibbi yardım briqadası cəlb olunub.

Sumqayıt Dövlət Universitetinin (SDU) mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlili Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, həlak olanlar SDU-nun tələbələridir: "Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib. Masazır dairəsindəki körpünün üstündə "Ford-Tranzit" markalı sərnişin mikroavtobusu daş maşınına çırpılıb. Nəticədə Sumqayıt Dövlət Universitetinin, hələlik bildiyimiz qədər iki tələbəsi həyatını itirib, bir neçə nəfər isə müxtəlif dərəcəli yüngül bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib".

"Hal-hazırda SDU-nun rektoru, prorektorlar və dekanlar hadisə yerindədirlər. İrəliləyən dəqiqələrdə hadisə ilə bağlı informasiya verəcəyik. Tələbələrimizin ailələrinə dərin hüznlə başsağlığı verir və səbir diləyirəm. Allah rəhmət etsin!" — N. Cəlili bildirib.

O bildirib ki, fizika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim və Nəsibov İbrahim qəza zamanı dünyasını dəyişib.

Xəbər lenti
0