Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Tələbələrin ölümünə səbəb olan sürücü saxlanıldı

© Sputnik / Anar MustafayevDaxili İşlər Nazirliyi
Daxili İşlər Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Dəhşətli qəzanın hansı şəraitdə baş verdiyi məlum olub: "Onun qarşısına piyada çıxmayıb"

BAKI, 9 mart — Sputnik. Bakıdan Sumqayıt şəhəri istiqamətinə gedərkən qəzaya uğrayan mikroavtobusun sürücüsü saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 50-BN-132 dövlət qeydiyyat nişanlı "Ford" markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu sürətlə hərəkət edən zaman idarəetməni itirərək dəmir yolayrıcına çırpılıb.

Bakı-Sumqayıt yolu - Sputnik Azərbaycan
HADİSƏ
Bakı-Sumqayıt yolunda baş verən qəza qurbanlarının sayı artır

"Onun qarşısına piyada çıxmayıb" — deyə idarədən bildirilib.

Hüseynov Namiq Hüseyn oğlu dindirilir, həmçinin, onun sərxoş olub-olmadığı araşdırılır. Faktla bağlı cinayət işi başlanılıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən Bakı-Sumqayıt yolunda uzun tıxac yaranıb, nəqliyyatın hərəkəti müvəqqəti dayanıb. Hadisə yerinə iki təcili tibbi yardım briqadası cəlb olunub.

Bu gün səhər Bakı-Sumqayıt yolunda baş verən ağır qəzada dünyasını dəyişənlərin sayı 5 nəfərə çatıb. Xəsarət alan daha 20 nəfər isə xəstəxanadadır. Bu barədə isə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xəbər lenti
0