BAKI, 9 mart — Sputnik. Bu gün səhər Bakı-Sumqayıt yolunda baş verən ağır qəzada dünyasını dəyişənlərin sayı 5 nəfərə çatıb. Xəsarət alan daha 20 nəfər isə xəstəxanadadır. Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən Bakı-Sumqayıt yolunda uzun tıxac yaranıb, nəqliyyatın hərəkəti müvəqqəti dayanıb. Hadisə yerinə iki təcili tibbi yardım briqadası cəlb olunub.
Sumqayıt Dövlət Universitetinin (SDU) mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlili Sputnik Azərbaycan-a açıqlamasında həlak olan tələbələrdən iki nəfərinin adını açıqlayıb: fizika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim və Nəsibov İbrahim.
Yaralılardan 17-si Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, 3 nəfər isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.