CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şahid: "Maşın hərəkətdə ola-ola sərnişinlər yola səpələndilər"

© Sputnik / Irade JELILРодные пострадавших в последствии ДТП в больнице
Родные пострадавших в последствии ДТП в больнице - Sputnik Azərbaycan
Abunə olmaq
Həkimin valideyinlərinə verdiyi məlumata görə, Lalə Nəsibzadənin vəziyyəti haqqında dəqiq söz demək mümkün deyil

BAKI, 9 mart — Sputnik. Xəbər verdiyimiz kimi, bu gün Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. “Ford-Tranzit” markalı sərnişin mikroavtobusunun qəzaya düşməsi nəticəsində 5 tələbə ölüb, 20-ə yaxın tələbə isə yaralanıb.

© Photo : SDUQəzada həyatını itirən tələbələr
Qəzada həyatını itirən tələbələr - Sputnik Azərbaycan
Qəzada həyatını itirən tələbələr
Sputnik Azərbaycan-ın əməkdaşı Kliniki Tibbi Mərkəzdə olaraq tələbələr və yaralıların ailələri ilə söhbət edib. Tələbələrin qrup yoldaşları həyəcanla əməliyyatda olan yaralının vəziyyəti haqqında məlumat gözləyirdilər. Nigar adlı bir xanım baş verənləri belə anlatdı: “Biz hər gün həmin yolu gedirik. Bilirsiniz, yol sürətli yoldur. Mən həmin avtobusda olmamışam. Amma qrup yoldaşlarıma görə bura gəlmişəm”.

Nicat adlı tələbə isə telefonların yığılaraq ona verildiyini dedi: “Qəzadan sonra uşaqların telefonlarını mənə veriblər, bir-bir zənglərə cavab verib, hadisə barədə məlumat vermək çox ağırdır. Heç uşaqların vəziyyətindən xəbərim yoxdur. Bilmirəm, hardadırlar. Bircə onu bilirəm ki, 5-i bura gətirilib. Onlardan ikisi ölüb. Lalə əməliyyatda idi. Həkimi dedi ki, onun da vəziyyəti ağırdır. Tələbələrdən Aydan Mürsəlzadə ikinci kurs tələbəsidir, qəza zamanı avtobusda olsa da, onun vəziyyəti yaxşıdır”. Tələbələr digər yaralıların valideyinlərinin hadisədən xəbərsiz olduqlarını bildirir: “Zəng etdikcə valideyinlərə xəbər veririk. Uşaqların çoxu Sumqayıta aparılıb”.

Lalə Nəsibzadə Sumqayıt Dövlət Universitetinin birinci kurs tələbəsidir. Anası deyir ki, 18 yaşı yanvar ayında tamam  olub: “Hər gün 8-ə 10 dəqiqə işləmiş gedir, vaxtında da dərsə çatırdı. Bu gün bir az gecikdi. Özünə köynək almaq istəyirdi, dedim pulu götür. Dedi “mama, başqa vaxt rahat gedib alaram”. Evdən çıxandan yarım saat sonra zəng gəldi Lalənin telefonundan. Elə bildim kontur istəyir. Gördük başqa adamdır. Dedilər “qızınız yüngül qəza keçirib”. Yoldan keçən həkimlərdən biri onu götürüb bura gətirib. Ağır əzilib, başı əzilib, dalağını çıxarıblar. Gözləyirik görək nə olur”.

© Sputnik / Irade JELILKliniki Tibbi Mərkəzdə tələbələr və yaralıların ailələri
Kliniki Tibbi Mərkəzdə tələbələr və yaralıların ailələri - Sputnik Azərbaycan
Kliniki Tibbi Mərkəzdə tələbələr və yaralıların ailələri

Qeyd edək ki, əməliyyatdan çıxmış Lalənin vəziyyəti ağırdır. Həkimin valideyinlərinə verdiyi məlumata görə, xəstənin vəziyyəti haqqında dəqiq söz demək mümkün deyil. Həkimlər Lalənin xilas edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirirlər.

Hadisə şahidlərinin sözlərinə görə, yük maşını xarab olduğu üçün yolda saxlayıb, ətrafa daş düzüb ki,  digər avtomobillər daşları görüb,  yaxınlaşmasın. Sürücünün fikri yoldan keçən piyadalara yayındığına görə, daşları görməyib, idarəetməni itirib və maşın yolun kənarındakı dəmirlərə çırpılıb: “Bir xeyli məsafəni mikroavtobus hərəkətdə ola-ola sərnişinlər yola səpələnib”. 

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Dəhşətli qəzada həyatını itirən 5 tələbənin adları məlum olub. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova AzVision.az-a məlumat verib. Belə ki, ölənlər Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim Vuqar oğlu, Nəsibov İbrahim Xəqani oğlu, 1999-cu il təvəllüdlü Canıyev Rəşad Füzüli oğlu, 1997-ci il təvəllüdlü Muradova Roza Eynulla qızı və 1996-cı il təvəllüdlü Quliyeva Çinarə Azər qızıdır. 

Sumqayıt - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən tələbələr barədə mühüm yenilik

Yaralılardan biri Sosiologiya ixtisası üzrə təhsil alan 1-ci kurs tələbəsi Lalə Nəsibovadır. O, əməliyyat olunub, vəziyyəti ağırdır. İlkin məlumata görə, qəza baş verən zaman miktoavtobusda 28 nəfər olub.  

Qəzada xəsarət alanların da bəzilərinin adları məlum olub. Səhiyyə Nazirliyinin mətbuat xidmətndən Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan 17 nəfər — Babayev Orxan Xəqani oğlu, Mirzəyeva Mina, Qocayev Nicat Faiq oğlu, Cəfərova Aytən Əliyulla qızı, Əsgərli Oqtay Etibar oğlu, Fərzəliyeva Xavər Məlik qızı, Tağıyev Samir Məhəd oğlu, Cəbiyev Əfsər Əli oğlu, Manafov Bəybala Vüqar oğlu, Kərimova Təranə Şair qızı, Həsənov Elgiz Sərvər oğlu, Məmmədov Məhəmməd Şahin oğlu, Quluzadə Aytən Altay qızı, Baxışova İlahə Azər qızı, Amani Abbas Esmalı, Əliyev Elvin Rəşad oğlu, Mürsəlzdə Aydan Zahir qızı Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Bakı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı daha iki nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 50-BN-132 dövlət qeydiyyat nişanlı "Ford" markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu sürətlə hərəkət edən zaman idarəetməni itirərək yol kənarında dayanmış "ZİL" markalı yük maşınına, sonra isə dəmir yolayrıcına çırpılıb.

İdarədən, həmçinin əlavə olunub ki, "ZİL" markalı yük maşını hadisədən əvvəl xarab olaraq yol kənarında dayanıb. Hadisə ilə bağlı mikroavtobusun sücüsü ilə yanaşı "ZİL"in sürücüsü Şəmistanlı Elvin Eldar oğlu da saxlanılıb. Hər iki sürücü dindirilir, onların sərxoş olub-olmadığı da araşdırılır. Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər lenti
0