CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən tələbələr barədə mühüm yenilik

© SputnikSumqayıt
Sumqayıt - Sputnik Azərbaycan
Abunə olmaq
Baş həkim Rauf Sadıxovun sözlərinə görə həmin xəstənin vəziyyəti stabildir

BAKI, 9 mart – Sputnik. Bu gün səhər Bakı-Sumqayıt yolunda avtobus qəzası nəticəsində ağır vəziyyətdə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən tələbənin həyati təhlükəsi keçib. Bunu Sputnik Azərbaycan-a açıqlamasında xəstəxananın baş həkimi Rauf Sadıxov deyib. 

© Sputnik / Fuad HasanovSumqayıt Təcili Tibbi Yardım Xəstəxanası
Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanası - Sputnik Azərbaycan
Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanası

Baş həkimin sözlərinə görə həmin xəstənin vəziyyəti stabildir. “Tələbənin vəziyyəti orta ağırlıqda qalır. Stabildir, rahatdır və hər şey qaydasındadır. Xəstəxanaya müraciət edən tələbələrdən 5-i evə getmək istədikləri üçün buraxılıb. Biz onları tam müayinə etmişdik. Elə ciddi bir problemləri yox idi. Sadəcə əzilmələr var idi. Ambulator şəraitdə müalicələrini ala bilərlər” – deyə Rauf Sadıxov əlavə edib.

Xəbər lenti
0