Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Polisdən tələbə faciəsi ilə bağlı ilginc açıqlama

© Photo : REPORTBaş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev
Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Yol Polisi hesab edir ki, sərnişinlər özləri günahkardır

BAKI, 9 mart — Sputnik. "İlkin məlumata görə, "Ford Tranzit" markalı avtomobilin sürücüsü manevretmə qaydalarını pozub və kərpiclə yüklü olan, yol qırağında dayanmış yük avtomobilinə çırpılıb". Bu barədə Sputnik Azərbaycan-a DİN-in Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib. Bununla yanaşı, K. Əliyev deyib ki, sürücü sərnişindaşıma qaydalarını pozub.

Təcili yardım - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda tələbələri daşıyan mikroavtobus qəzaya uğradı

"Ölən və yaralananların ümumi sayını nəzərə alsaq, sürücü maşını ayaq üstə dayanan sərnişinlərlə ağızbaağız doldurub. Lakin "Ford Tranzit"-də cəmi 18 sərnişin yeri var" — deyə Əliyev bildirib.

Onun sözlərinə görə, uzaq məsafəyə ayaq üstə sərnişin götürmək qadağandır: "Biz həmişə vətəndaşlara xəbərdarlıq edirik ki, belə avtomobillərə minməsinlər. Amma onlar bizim xəbərdarlığımıza ciddi yanaşmırlar. Biz sürücüləri də xəbərdar edirik ki, artıq sərnişin götürməyin. Çünki bilirik ki, bu, faciə ilə nəticələnəcək".

Əliyev "Polis sərnişin daşınması qaydasını pozan sürücülərə qarşı hansı sanksiyaları tətbiq edir" sualına cavab verməkdə çətinlik çəkib.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən Bakı-Sumqayıt yolunda uzun tıxac yaranıb, nəqliyyatın hərəkəti müvəqqəti dayanıb. Hadisə yerinə iki təcili tibbi yardım briqadası cəlb olunub.

Bakı-Sumqayıt yolunda baş verən qəza - Sputnik Azərbaycan
HADİSƏ
Həlak olan və xəsarət alanların adları bəlli oldu

Dəhşətli qəzada həyatını itirən 5 tələbənin adları məlum olub. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova AzVision.az-a məlumat verib. Belə ki, ölənlər Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim Vuqar oğlu, Nəsibov İbrahim Xəqani oğlu, 1999-cu il təvəllüdlü Canıyev Rəşad Füzüli oğlu, 1997-ci il təvəllüdlü Muradova Roza Eynulla qızı və 1996-cı il təvəllüdlü Quliyeva Çinarə Azər qızıdır.

Yaralılardan biri Sosiologiya ixtisası üzrə təhsil alan 1-ci kurs tələbəsi Lalə Nəsibovadır. O, əməliyyat olunub, vəziyyəti ağırdır. İlkin məlumata görə, qəza baş verən zaman miktoavtobusda 28 nəfər olub.

Qəzada xəsarət alanların da bəzilərinin adları məlum olub. Səhiyyə Nazirliyinin mətbuat xidmətndən Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan 17 nəfər — Babayev Orxan Xəqani oğlu, Mirzəyeva Mina, Qocayev Nicat Faiq oğlu, Cəfərova Aytən Əliyulla qızı, Əsgərli Oqtay Etibar oğlu, Fərzəliyeva Xavər Məlik qızı, Tağıyev Samir Məhəd oğlu, Cəbiyev Əfsər Əli oğlu, Manafov Bəybala Vüqar oğlu, Kərimova Təranə Şair qızı, Həsənov Elgiz Sərvər oğlu, Məmmədov Məhəmməd Şahin oğlu, Quluzadə Aytən Altay qızı, Baxışova İlahə Azər qızı, Amani Abbas Esmalı, Əliyev Elvin Rəşad oğlu, Mürsəlzdə Aydan Zahir qızı Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Qəzaya uğrayan mikroavtobus - Sputnik Azərbaycan
HADİSƏ
Dəhşətli qəza ilə bağlı daha bir fakt

Bakı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı daha iki nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 50-BN-132 dövlət qeydiyyat nişanlı "Ford" markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu sürətlə hərəkət edən zaman idarəetməni itirərək yol kənarında dayanmış "ZİL" markalı yük maşınına, sonra isə dəmir yolayrıcına çırpılıb.

İdarədən, həmçinin əlavə olunub ki, "ZİL" markalı yük maşını hadisədən əvvəl xarab olaraq yol kənarında dayanıb. Hadisə ilə bağlı mikroavtobusun sücüsü ilə yanaşı "ZİL"in sürücüsü Şəmistanlı Elvin Eldar oğlu da saxlanılıb. Hər iki sürücü dindirilir, onların sərxoş olub-olmadığı da araşdırılır. Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər lenti
0