Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Nazirlik səfirliyin qarşısında doğmağa hazırlaşan qadınla bağlı açıqlama verdi

© pixabay / bavitulloБеременная женщина, фото из архива
Беременная женщина, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın Azərbaycandakı səfirliyində Azərbaycandakı doğum evlərində uşaq dünyaya gətirmək üçün vəsaiti olmadığını deyən rus qadın barədə heç bir məlumat yoxdur

BAKI, 8 mart — Sputnik. Etiraz əlaməti olaraq Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında doğacağını bəyan edən 32 yaşlı Rusiya vətəndaşı Yasmina Marinenko ilə bağlı heç bir məlumat yoxdur. 

Sputnik Azərbaycan-a verilən məlumata görə, martın 6-da Azərbaycan KİV-də Marinenkonun müraciəti yayımlanıb. O, videomüraciətdə bildirib ki, hamiləliyinin axırıncı ayına daxil olub və bir aydan sonra doğmalıdır. Lakin onun ailəsinin həkim xidmətləri üçün tələb olunan 700-800 ABŞ dollar vəsaiti yoxdur. 

Onun sözlərinə görə, ailəsi Rusiyada yaşayıb və ərinin səhhətindəki problemlə əlaqədar olaraq bir il əvvəl Azərbaycana gəliblər. Onun azərbaycanlı əri əvvəllər Rusiyada tikintidə işləyib, amma səhhəti buna imkan vermədiyindən vətənə qayıdıblar. Qadın özü isə dekretdə olduğu üçün işləyə bilməyib. Bir ildən çoxdur ki, Bakıda ərinin ailəsinin yanında yaşayırlar və ailənin maddi vəziyyəti çətindir. 

Российское посольстве в Баку, фото из архива - Sputnik Azərbaycan
Rusiya səfirliyi Lapşinlə görüş barədə məlumat verdi

KİV-in məlumatına görə, Marinenko düşdüyü vəziyyətlə bağlı Rusiyanın Bakıdakı diplomatik nümayəndəliyinə müraciət edərək yardım istəyib. 

Bununla belə, Rusiyanın Azərbaycandakı səfirliyindən Sputnik Azərbaycan-a bildiriblər ki, onlarda Marinenko ilə bağlı heç bir məlumat yoxdur. 

Rusiya vətəndaşının videomüraciəti isə bir qədər qəribədir. Çünki orada qadın hansı klinikaya və hansı həkimə müraciət etdikləri barədə heç bir məlumat vermir. 

Rusiya vətəndaşının şikayətini şərh edən Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycanın səhiyyə sistemində xidmət pulsuzdur. Əgər kimsə hansısa həkimdən, yaxud klinikadan şikayətçidirsə, Nazirliyin qaynar xəttinə zəng edə bilər. Bütün müraciətlərə vaxtında baxılır. 

Hamilə qadın - Sputnik Azərbaycan
SƏHİYYƏ
Hamilə qadınlara xəbərdarlıq: ana ölümlərinin səbəbləri açıqlandı

Amma hazırda bütün Azərbaycan mediası Yasmina Marinenkonu axtarır ki, ondan 700-800 dollar tələb edən klinikanın və həkimin adını konkretləşdirsin.

Qeyd etmək lazımdır ki, bu hekayə daha çox təxribata oxşayır. 

Sputnik Azərbaycan bu məsələ ilə bağlı Respublikanın Miqrasiya Xidmətinə sorğu ilə müraciət edib. Agentlik Marinenkonu tapmaq və bilmək istəyir ki, Azərbaycanda belə bir adam ümumiyyətlə mövcuddur, ya yox. 

Xəbər lenti
0