BAKI, 7 mart – Sputnik. İspaniyanın Real Madrid klubunda forma geyən ulduz futbolçu Kristiano Ronaldo Türkiyə dövləti və xalqı haqda xoş sözlər işlədib. Sputnik Türkiyə-nin məlumatına görə, portuqaliyalı ulduz bu barədə "Fanatik" qəzetinə müsahibəsi zamanı deyib.
“Türkiyənin möhtəşəm tarixi var və bir çox portuqaliyalı oyunçu orada oynayır. Məncə türk dostlarım dünyanın ən fanatik tərəfdarlarıdır. Futbolu və yaxşı oyunçuları sevirlər” – Ronaldo deyib.
Futbolçu gələcək karyerası haqda isə deyib: “Xəyalım hər zaman eynidir. Əlimdən gələnin ən yaxşısını etmək, yalnız futbolda deyil, futbol xaricində də xəyallarımın arxasınca qaçmaq. Mənim işim yaxşı futbol oynamaq və insanları xoşbəxt etməkdir. Bu mənim sevərək gördüyüm bir işdir”.