Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ermənistanda ciddi qarşıdurma başlaya bilər

İrəvanda mitinq
İrəvanda mitinq - Sputnik Azərbaycan
Abunə olmaq
Sərkisyanın çoxpartiyalı sistemi yıxmaq cəhdi vətəndaş müharibəsi ilə də sonunclana bilər

BAKI, 7 mart — Sputnik. Aprelin 2-də Ermənistanda yeni parlament seçkiləri keçiriləcək. Seçkiyə 5 partiya və 4 seçki bloku qatılır. Yeni Ermənistan Konstitusiyasına görə, parlament seçkilərindən sonra ölkənin yarımprezident idarəetmə üsulunun əvəzinə parlament idarəetmə sisteminin tətbiq ediləcəyi nəzərdə tutulur.

Müdafiə Nazirliyi - Sputnik Azərbaycan
QARABAĞ
"Ermənistan şou düzəltmək niyyətindədir"

Proporsional sistem üzrə deputatlığa namizədlərin siyahısını təqdim edən partiyalar — hakim Respublikaçılar Partiyası, "Daşnaksütyun" erməni inqilabi federasiyası, "Azad demokratlar", "Erməni dirçəlişi" və Ermənistan Kommunist partiyalarıdır. Hakim Respublikaçılar Partiyasının siyahısında birinci sırada müdafiə naziri Vigen Sarkisyan gəlir.

Proporsional sistem üzrə deputatlığa namizədlərin siyahısını təqdim edən bloklar isə bunlardır: "Çıxış Yolu" bloku (təsisçi — "İşıqlı Ermənistan" partiyasının rəhbəri Edmon Marukyandır), "Tsarukyan"bloku ("Çiçəklənən Ermənistan" partiyasının sədri Gagik Tsarukyan) "Оhаnyan-Raffi-Oskanyan" bloku (keçmiş müdafiə naziri Seyran Ohanyan, keçmiş xarici işlər naziri Vardan Oskanyan və "İrs" Partiyasının lidei Raffi Ovanisyan) və "Erməni Milli Konqresi"-Ermənistan Xalq Partiyasının bloku (rəhbəri keçmiş prezident Levon Ter-Petrosyandır).

Yeni sistemin həm majoritar, həm də proposional sistemlərdən ibarət olduğu deyilsə də, əslində söhbət majoritar sistemə keçilməsindən gedir. Əgər əvvəllər Ermənistanda 41 majoritar mandat vardısa, indi onun yerini 164 "reytinqli" namizəd tutacaq. Araşdırmaçıların fikrincə, Sərkisyan öz partiyasının mövqelərini proporsional səsvermə ilə yanaşı, reytinq səsverməsi ilə də möhkəmlətməyə çalışır.

Lakin opponentlər bunu da qeyd edirlər ki, yeni sistem Sərkisyanı məğlub vəziyyətinə sala bilər. Sərkisyanın rəqibləri hesab edirlər ki, o, 2018-ci ildən sonra da hakimiyyətdə baş nazir kimi qalmaqdan ötrü "idarəedilən xaos" yaratmaq istəyir, lakin ən təhlükəlisi bu xaosun idarədən çıxmaq ehtimalının böyük olmasıdır.

Seçkilərdə iştirak edən qüvvələr arasında səslərin bölünməsindən asılı olaraq, yeni parlament üzvlərinin sayı 101 nəfərlə məhdudlaşa bilər. Mövcud parlamentdə millət vəkillərinin sayı 131 nəfərdir. Seçki Məcəlləsinə əsasən, nəzərdə tutulan qayda üzrə yeni parlamentdə milli azlıq nümayəndələri üçün yerlər ayrılır.

Yeni parlamentdə seçkilərin yekunları yaxud siyasi koalisiya təşkil etmək vasitəsilə mütləq "sabit parlament çoxluğu" təşkil olunmalıdır. Bu isə o deməkdir ki, seçkilərdə iştirak edən hər hansı siyasi partiya və ya partiya bloku seçkilərin birinci turunda qələbə üçün kifayət sayda (54 faiz) səs qazanmasa, səsvermədən sonra 6 gün ərzində, üç partiyadan artıq olmayaraq, siyasi koalisiya təşkil edilməlidir.

Serj Sarkisyan - Sputnik Azərbaycan
QARABAĞ
Serj Sərkisyan hərbi əməliyyatları dayandırmağa çağırdı

Koalisiya üzvlərinin birgə topladığı səslərin sayı 54 faizdən aşağı olmamalı və koalisiya üzvləri gələcək hökumətdə baş nazirin namizədliyi üzrə ümumi razılığa gəlməlidirlər. Əks halda birinci turda daha çox səs qazanmış iki partiya, yaxud iki blokun iştirakı ilə seçkilərin ikinci turu keçirilə bilər.

Göründüyü kimi, Ermənistanda süni şəkildə ikipartiyalı sistem yaradılır. Ermənistanın sabiq prezidenit Robert Koçaryan bunu ölkədə bir partiyalı diktatura yaratmaq və partiya lideri üçün, Sovet İttifaqı Kommunist Partiyası baş katibi kimi, ömürlük vəzifə təmin etmək cəhdi hesab edir.

Xatırladaq ki, yeni Konstitusiyaya əsasən, birbaşa prezident seçkiləri ləğv edilir. Ölkə prezidenti 7 il müddətinə parlament üzvləri tərəfindən seçilir. Prezident vəzifəsinə son 6 il ərzində daimi Ermənistanda yaşayan, yalnız Ermənistan Respublikası vətəndaşı olan, seçki hüququna malik, erməni dilini bilən, qırx yaşı bitmiş şəxs seçilə bilər. Eyni şəxs bir dəfədən artıq ölkə prezidenti seçilə bilməz və prezident səlahiyyətlərini yerinə yetirdiyi dövrdə heç bir siyasi partiya üzvü ola bilməz.

Yeni idarəetmə sistemi üzrə, ölkə prezidenti, əslində, baş ali komandan vəzifəsindən məhrum olur. Müharibə şəraitində isə bu vəzifəni baş nazir icra etməlidir. Silahlı Qüvvələr hökumətə tabedir və hökumətin qərarı ilə hərəkətə gətirilir. Təxirəsalınmaz hallarda isə, baş nazir müdafiə nazirinin təklifi ilə qərar qəbul edir və dərhal hökumət üzvlərinə məlumat verir.

Təhlükəsizlik Şurası tərəfindən müdafiə sahəsində müəyyən edilən əsas siyasi istiqamətlərin həyata keçirilməsi müdafiə nazirinin vəzifəsidir. Silahlı Qüvvələrdə ən yüksək vəzifəli hərbi qulluqçu baş nazirin təklifi ilə respublika prezidenti tərəfindən təyin edilən Baş Qərargah rəisidir.

Qeyri-müharibə şəraitində Baş Qərargah rəisi baş nazirə tabedir, müharibə zamanı Silahlı Qüvvələrə ali baş komandanı qismində baş nazir rəhbərlik edir. Silahlı Qüvvələrə dair ölkə prezidentinin səlahiyyətləri baş nazirin təklifi ilə yüksək ali komanda heyətini vəzifəyə təyin və azad etmək, yüksək rütbələr təqdim etməklə bağlıdır.

Araşdırmaçılar hesab edirlər ki, seçki günü və post-seçki dönəmində ölkədə ciddi qarşıdurma yaşana bilər. Araşdırmaçıların fikrincə, Sərkisyanın çoxpartiyalı sistemi yıxmaq cəhdi vətəndaş müharibəsi ilə də sonunclana bilər…

Xəbər lenti
0