QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Serj Sərkisyan hərbi əməliyyatları dayandırmağa çağırdı

© Sputnik / Sergey Guneyev / Mediabanka keçidSerj Sarkisyan
Serj Sarkisyan - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan prezidenti: "Biz hərbi əməliyyatların dayandırılması və 1994-cü ildə qəbul edilmiş atəşkəs rejiminin bərpa olunması, həmçinin bütün hərbi birləşmələrin 2016-cı ilin 1 aprelinə qədər olan mövqelərə qaytarılması mövqeyindən çıxış edirik"

BAKI, 4 aprel-Sputnik. Ermənistan Prezidenti Serj Sərkisyan hərbi əməliyyatları dayandırmağa çağırıb. Sputnik-in məlumatına görə, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində güzəştlərə hazır olduğunu bildirib.

"Ermənistan və Dağlıq Qarabağ hərbi əməliyyatların dayandırması və 1994-cü ildə qəbul edilmiş atəşkəs rejimini bərpa olunması, həmçinin bütün hərbi birləşmələrin 2016-cı ilin 1 aprelinə qədər olan mövqelərə qaytarılması mövqeyindən çıxış edir", —deyə Sərkisyan bildirib.

ATƏT-in üzv dövlətlərinin səfirləri ilə görüşündə bu fikirləri səsləndirən Ermənistan prezidenti qeyd edib ki, Qarabağın münaqişə bölgəsində atəşkəsin birtərəfli qaydada dayandırılması mümkün deyil və bundan söhbət gedə bilməz: "Atəşkəsin "birtərəfli dayandırılması" adlandırılan şey mümkün deyil, Azərbaycanla 1994-cü ildə imzalanmış atəşkəs haqqında razılaşma qüvvədədir. Azərbaycan bu razılaşmaya, həmçinin götürdüyü beynəlxalq öhdəliklərə əməl etməlidir".

Sərkisyan iddia edib ki, bu münaqişədə tərəf "Dağlıq Qarabağdır": "Azərbaycan, onun xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, Qarabağ hakimiyyəti ilə birbaşa danışıqlara başlamalıdır. Hesab edirəm ki, atəşkəs rejiminin pozulması ilə bağlı hər bir detal dəqiq öyrənilməli və qiymətləndirilməlidir. Bu, danışıqlar prosesinin effektiv olmasının başlıca qarantıdır".

Azərbaycan silahlı qüvvələrinin tankları. Arxiv şəkli - Sputnik Azərbaycan
Erməni ordusuna daha bir zərbə: düşmənin 3 tankı və 30-dək hərbi qulluqçusu məhv edilib

Qeyd edək ki, aprelin 1-dən 2-nə küçən gecə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla təmas xəttində atəşkəsi pozması və mülki əhalinin yaşadığı məntəqələri ağır artilleriya və raket qurğularından atəşə tutması nəticəsində münaqişə bölgəsində vəziyyət gərginləşib.

Aprelin 3-də cəbhə bölgəsindəki vəziyyətlə bağlı yaydığı press-relizdə Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş ərazilərimizdə düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırdığıni bildirib. Buna baxmayaraq, Ermənistan tərəfi təmas xəttində atəşkəs rejimini pozmaqda davam edib və Azərbaycan tərəfi də əks-həmlə əməliyyatını və cavab tədbirlərini həyata keçirib.

Xəbər lenti
0