CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ata evindən gəlinlikdə çıxmaq istəyirdi, kəfəndə çıxdı

© Flickr / Paolo MezzeraМертвая девушка, фото из архива
Мертвая девушка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda oğlan ona qoşulub qaçmaq istəməyən nişanlısını qəddarlıqla öldürdü, onun bacısını isə yaraladı

BAKI, 6 mart — Sputnik. Xəzər rayon Polis İdarəsinin 2-ci bölməsinin əməkdaşları nişanlısını öldürüb onun bacısını yaralayan gənci axtarırlar.

Bu barədə Sputnik Azərbaycan-a sözügedən rayonun Polis İdarəsindən məlumat verilib. 

Belə ki, 1986-cı il təvəllüdlü Məcidov Nəcəf Ramiz oğlu nişanlısı, 1991-ci il təvəllüdlü Ağayeva İlahə Dəyanət qızına çoxsaylı bıçaq zərbələri endirərək onu qətlə yetirib. 

Eyni zamanda Məcidov ona cinayəti törətməyə mane olmağa çalışan nişanlısının bacısı, 1997-ci il təvəllüdlü Rəhimə Ağayevaya da 2 bıçaq zərbəsi endirərək yaralayıb. 

Наручники, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qətlin üstü "isti izlərlə" açıldı

Cinayət martın 5-də Ağayevlərin Binə qəsəbəsindəki evində baş verib. 

Patoloqoanatomlar mərhumun sinə nahiyəsində və boğazında bıçaq yaraları aşkarlayıblar. Həkimlər Rəhiməni xilas etməyi bacarıblar. Onun dalağı çıxarılıb və hazırda qızın həyati təhlükəsi yoxdur. 

Cinayətdən dərhal sonra Məcidov cinayətin törədildiyi yerdən uzaqlaşaraq gizlənib. Sözügedən şəxsin əvvəllər məhkum olduğu müəyyən edilib. Məcidov rəngsaz işləyib və Ağayevlərin qonşuluğunda anası ilə birlikdə yaşayıb. 

Вооруженный мужчина, застреливший посла РФ в Турции Андрея Карлова - Sputnik Azərbaycan
RUSİYA
Səfirin öldürülməsində rus fahişə müəmması

İlkin məlumatlara görə, gənclər arasında münaqişə Məcidovun planları üstündə düşüb. Oğlan qıza onunla qoşulub qaçmağı təklif edib. Bildirib ki, lazımi qədər pulu olmadığına görə, toy etməyə gücü çatmır. Qız isə qoşulub qaçmağın qəti əleyhinə çıxıb. Bildirib ki, o, ya bütün normal adamlar kimi atası evindən ağ gəlinlik paltarında çıxacaq, ya da ümumiyyətlə ona ərə getməyəcək. Sonuncu ifadə qızın həyatına son qoyulması üçün açar rolunu oynayıb.

Xəzər rayon prokurorluğunda cinayət işi açılıb, istintaq davam edir.

Qeyd edək ki, KİV-də İlahə Ağayevanın qətli ilə bağla başqa bir versiya da yayılıb. Bu versiyaya görə, oğlan tüfeyli həyat tərzi keçirdiyindən qız ona nişan üzüyünü geri qaytaracağı barədə xəbər göndərib. Nəcəf Məcidov nişanlısını görüşə çağırıb. Qız isə görüşə getməyib. Axırda Məcidov qızın evinə gedərək onu qətlə yetirib.

Xəbər lenti
0