Dolları görün hansı aqibət gözləyir - sabahdan etibarən

© AFP 2024 / OZAN KOSE ABŞ dolları
ABŞ dolları - Sputnik Azərbaycan
Abunə olmaq
Sabahkı valyuta hərracında dolların məzənnəsi düşə bilər

BAKI, 6 mart — Sputnik. Sabah Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birgə keçirəcəyi növbəti valyuta hərracında ABŞ dollarının rəsmi məzənnəsi bir qədər geriləyə bilər. Sputnik Azərbaycan "Report"un analitik qrupuna istinadən xəbər verir ki, AMB-nin son bir həftədə keçirdiyi depozit hərraclarında, not və Maliyyə Nazirliyinin istiqraz yerləşdirilməsi üzrə hərraclarda 270 mln. manata yaxın vəsait sterilizasiya olunub. Nəticədə, bank sistemində manat qıtlığı yaranıb və bu, özünü bu gün nağd valyuta bazarında göstərib. Bankların bəziləri dolları limitlə almağa başlayıb.

Dollar - Sputnik Azərbaycan
13 bankdan dollarla bağlı sərt qərar

Analitik qrup banklarda yaranan manat qıtlığı səbəbindən sabahkı valyuta hərracına çıxarılması ehtimal edilən 35 mln. dolların hamısına tələbin olmayacağını, nəticədə, dolların məzənnəsinin düşəcəyini proqnozlaşdırır. Qrup, həmçinin ABŞ Federal Ehtiyat Sisteminin (FED) martın 14-15-də keçirəcəyi növbəti iclasında uçot dərəcəsini artırmasından sonra dünya valyuta bazarında dolların ucuzlaşacağını, bunun da manatın möhkəmlənməyə davam etməsinə kömək göstərəcəyini ehtimal edir.

Lakin, bütün bu sadalananlara baxmayaraq, manatda kəskin dalğalanmalar gözlənilmir. Rəsmi məzənnə 1,75 AZN/USD səviyyəsinə yaxın qalacaq, dollardakı ucuzlaşma isə 0,01 manatı ötməyəcək.

Xəbər lenti
0