BAKI, 6 mart — Sputnik. Banklarda dolların ucuzlaşması davam edir. Artıq dolları 5 bank 1.78 manatdan aşağı qiymətlərə satır.
Sputnik Azərbaycan "Marja"ya istinadən xəbər verir ki, günortaya yaxın Nikoil Bank da dolları 1.78 manatdan 1.7750 manata endirib. Bu gün 1 dolları Unibank 1.7750 manata, Bank Silk Vey 1.7760 manata, GünayBank 1.7770 manata, AmrahBank 1.7750 manata satır.
Ümumiyyətlə, dolları 13 bank 1.80 manatdan aşağı satır.