BAKI, 5 mart — Sputnik. Ruslan Abışov milli komandanın heyətindən çıxarılıb. Apasport.az saytının məlumatına görə, buna səbəb "Neftçi"nin oyunçusunun uzun müddət davam edən zədədən sonra tam hazır olmamasıdır.
Martın 6-dan 9-dək Qətərdə təlim-məşq toplanışında olacaq yığmamızın heyətinə dəvət alan yarımmüdafiəçi həkimlərin məsləhəti ilə səfərə gedəcək oyunçuların arasından çıxarılıb. Ruslan bu müddətdə paytaxtda qalaraq hazırlıqlarını davam etdirəcək. Onun adı Azərbaycan Premyer Liqasının bu günkü "Neftçi" — "Zirə" matçında da 18 nəfərlik iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, Premyer Liqanın XIX turunun "Kəpəz" — "Neftçi" oyununda zədələnən "15 nömrə" o vaxtdan meydana çıxa bilmir.