BAKI, 5 mart — Sputnik. Heç düşünmüsünüzmü ki, əməliyyat otağındakı həkimlər nəyə görə ağ deyil, yaşıl, yaxud mavi rəngli forma geyinirlər? Sputnik Azərbaycan Saglamolun.az-a istinadən xəbər verir ki, əvvəllər tibb işçilərinin hamısının geyimi ağ rəngdə olub. Lakin 1914-cü ildə nüfuzlu həkimlərdən biri bu rəngdən imtina edərək əvvəlcə yaşıl, sonra isə mavi rəngi seçib.
Məsələ burasındadır ki, cərrah baxışlarını qanın tünd rəngindən həmkarlarının xalatına yönəldərkən ağappaq rəng bir neçə anlıq onu kor edə bilər. Eyni şeyi evdən çıxarkən günəşli havada qara baxanda yaşayırıq.
Bəs nə üçün bənövşəyi, ya sarı deyil, məhz yaşıl və mavi? Məsələ burasındadır ki, yaşıl və mavi rəng spektrində qırmızıya əksdir. Əməliyyat zamanı həkimlər məhz qana baxırlar. Beləliklə, yaşıl və mavi rəng nəinki həkimlərin gözlərini aydınlaşdırır, həmçinin qırımızı rəngə qarşı daha həssas edir. Bu da əməliyyat zamanı səhv ehtimalını da azaldır.