Yeni rəng kəşf edildi

© Photo : esquilax.comRənglər
Rənglər - Sputnik Azərbaycan
Abunə olmaq
Mas Subraman adlı kimyaçı laboratoriyada manqan oksidi ilə digər kimyəvi maddələri qarışdıraraq 1200 dərəcəyə qədər isidib

BAKI, 5 iyun — Sputnik. ABŞ-ın Oreqon Universitetində maraqlı kəşf edilib. Manqan oksidi ilə digər kimyəvi maddələr bir-birinə qarışdırılaraq yeni rəng əldə edilib.

Sputnik Mail.ru-ya istinadən xəbər verir ki, eksperimenti aparan Mas Subraman adlı kimyaçı laboratoriyada manqan oksidi ilə digər kimyəvi maddələri qarışdıraraq 1200 dərəcəyə qədər isidib. Nəticədə ortaya yeni rəng çıxıb.

Bu rəng mavi ilə bənövşəyi rəngin arasındadır. Son dərəcə parlaq və diqqət çəkən bu rəngə "YlnMn blue" adı verilib.

Qeyd edək ki, "YInMn blue" ("YİnMn göy") adı, rəngin tərkibindəki elementlərə görə verilib. Həmin elementlər bunlardır: İttrium (Y), İndium (İn), Manqan (Mn).

Xəbər lenti
0