Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bu içki gecə daha rahat yatmağınıza kömək edəcək

© pixabay / dungthuyvunguyenÇay
Çay - Sputnik Azərbaycan
Abunə olmaq
Səhər yeməyinin yanında içdiyiniz 1 stəkan qara çay aktivliyinizi artıracaq

BAKI, 4 mart — Sputnik. Çay qədim dövrlərdən bəri xalq təbabətində geniş şəkildə istifadə edilib. Bir sıra xəstəliklərə çarə olan bu içkinin müasir dövrdə çoxlu çeşidləri mövcuddur. Mütəxəssislər bildirirlər ki, sağlamlıq üçün çayı günün saatlarına uyğun içmək lazımdır. Publika.az səhər, günorta və axşam saatlarında hansı çayları içməli olduğunuzu araşdırıb:

Qırmızı şərab, arxiv şəkli - Sputnik Azərbaycan
Bu içki xərçəng hüceyrələrini qorxuya salır

Günə başlayarkən — Səhər oyananda enerjinizi artırmaq üçün kofeinlə zəngin qara çaya ehtiyacınız olacaq. Səhər yeməyinin yanında içdiyiniz 1 stəkan qara çay aktivliyinizi artıracaq.

Günortanın stressi — Günorta saatlarında iş stressi artır. Stresslə mübarizə üçün ən yaxşı variant isə yaşıl çaydır. Yaşıl çay tərkibindəki antioksidantlar sayəsində stressi azaldır, dinclik verir.

Axşamın yorğunluğu — Axşam saatlarında kofeinsiz çaylardan istifadə etmək məsləhətdir. Ağ çay, çobanyastığı çayı, lavanda çayı içərək günün yorğunluğunu ata bilərsiniz. Bitki çayları gecə daha rahat yatmağınıza kömək edəcək.

Xəbər lenti
0