BAKI, 12 dek-Sputnik. Amerilakı alimlər bəyan ediblər ki, qırmızı şərab düzgün istifadə edildikdə insanın ömrünü uzadır. Şərabın insanın uzun illər yaşamasını təmin etdiyini insanlar çoxdan bilirlər. Mütəxəssislər hər kəsin müşahidə etdiyi bu halın nə ilə əlaqədar olduğunu elmi cəhətdən araşdırmaq istəyiblər.
Sputnik xarici mediaya istinadla xəbər verir ki, onlar bu məqsədlə 15 illik tədqiqat aparıblar. Bu müddət ərzində 500 könüllü bəlli bir miqdarda qırmızı şərab içib. Bu zaman ərzində elm adamları onların səhhətini nəzarətdə saxlayıblar. Məlum olub ki, hər gün 1 bokal şərab içmək insanların ömrünü 2-7 il uzadır.
Tədqiatçıların sözlərinə görə, qırmızı şərabın ömrü uzatmaq kimi unikal xassəsi onun tərkibindəki resveratrolla (kimyəvi formulu — C14H12O3) izah edilir. Bu maddə insan orqanizminə cavanlaşdırıcı təsir göstərir. Resveratrol bir sıra bitkilərin tərkibində təbii şəkildə mövcud olub, bakteriya və göbələklər kimi təhlükəli parazitlərə qarşı qoruyucu reaksiyası ilə tanınır.
Qırmızı şərabın tərkibindəki fitoaleksin mitoxondrilərin həcminin çoxalmasına səbəb olur. Fitoaleksinlər mitoxondrilərin fəaliyyətini gücləndirirlər ki, o da ürək-damar sisteminin işinə müsbət təsir göstərir. Tədqiqat müəlliflərinin fikrincə, qırmızı şərab eyni zamanda onkoloji xəstəlikləri müalicə edir və piylənmə ilə effektiv mübarizə aparır.