Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Lorenso Sotomayor: "Qarabala" sözündən xoşum gəlir"

Abunə olmaq
Olimpiadanın gümüş mükafatçısı: "Rəqibim təcrübəli olduğu üçün məni döydü və bunu görən anam ayaqqabılarını çıxarıb rinqə rəqibimə atmağa başladı"

BAKI, 3 mart — Sputnik. Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin (BİA) Milli Olimpiya Komitəsi (MOK) ilə birlikdə həyata keçirdiyi "Olimpiyaçılarla idmandan kənar" rubrikasının növbəti sayını təqdim edirik. Rubrikanın bu dəfəki qonağı Rio-2016 Olimpiya oyunlarının gümüş mükafatçısı və boks üzrə milli komandanın üzvü Lorenso Sotomayordur.

— Lorenso Sotomayor Avropa Oyunlarından sonra tanındı və hər kəs ondan danışmağa başladı. İnsanların münasibəti necədir sizə?

— Avropa Oyunlarında iştirak etmək mənim üçün çox böyük təcrübə oldu. Avropa Oyunları karyeramda ən uğurlu yarışlardan sayılır. Artıq məni yolda görənlər tanıyır və “Sotomayor, qarabala” deyib səslənirlər. Bu da bir idmançı olaraq çox xoşuma gəlir. 

© Sputnik / Murad OrujovLorenso Sotomayor: Avropa Oyunlarında iştirak mənim üçün böyük təcrübə oldu
Lorenso Sotomayor: Avropa Oyunlarında iştirak mənim üçün böyük təcrübə oldu - Sputnik Azərbaycan
Lorenso Sotomayor: Avropa Oyunlarında iştirak mənim üçün böyük təcrübə oldu

 Sotomayorun “qarabala” sözünə reaksiyası necə olur? Əsəbləşmirsiniz bu sözə?

— Mən “qarabala” ifadəsinin Azərbaycanda səmimiyyətdən doğan bir ifadə olduğunu bilirəm. Demək, məni özlərindən biri kimi görürlər. Əksinə, “zənci” tipli ifadələr işlətsələr, əsəbləşərəm. O zaman deyərəm ki, mənim adım Lorensodur. Amma “qarabala” sözünə heç də əsəbləşmirəm. Yaxşı səslənir və bu sözdən xoşum gəlir.

Sotomayor: Mən “Qarabala” sözündən incimirəm - Sputnik Azərbaycan
VİDEO
Sotomayor: "Mən “Qarabala” sözündən incimirəm"

 Lorenso ard-arda medal qazanandan sonra bu qədər məşhurlaşmaqdan ulduz xəstəliyinə tutulmadı ki?

— Bilirsiniz, idmançının vəzifəsi uğur qazanmaqdır. Bu mənim işimdir. Ulduz xəstəliyinə tutulmaq özünü hamıdan güclü və yaxşı saymaqdır. Mən belə davranaramsa, deməli öz üzərimdə işləməyəcəyəm və bu zaman rəqiblərimə şans yaradacağam ki, mənə üstün gəlsinlər. Bu da mənim gələcək yarışlarda məğlub olmağıma səbəb olar. İdmançı ulduz xəstəliyindən uzaq olmalıdır və yalnız məşqlərdə əziyyət çəkib uğur qazanmaq üçün çalışmalıdır. 

 Azərbaycan və Kuba. Fərqli mədəniyyətə, dilə, dinə mənsub olan iki ölkə. Kubada doğulmusuz və böyümüsüz, Azərbaycanda isə yaşayıb, işləyirsiniz. Bu ölkələrin ortaq nələri var? 

— İlk gəldiyim ərəfədə mənə çətin idi. Çünki tam fərqli mədəniyyətə malik ölkələrdir. Amma Birinci Avropa oyunlarından sonra artıq Azərbaycana uyğunlaşa bildim. Kuba rahatdır, orada sərbəst davranmaq çox asandır. Amma Azərbaycanda bir qədər fərqlidir. Rəqslər, musiqilər xüsusilə fərqlidir. Mən Azərbaycan mədəniyyətinə hörmət edirəm və çalışıram azərbaycanlılar kimi davranım.

© Sputnik / Murad OrujovRio-2016-nın gümüş mükafatçısı: Karyeramı bitirdikdən sonra müəllim olaraq boksun sirlərini tələbələrimə öyrədəcəm
Rio-2016-nın gümüş mükafatçısı: Karyeramı bitirdikdən sonra müəllim olaraq boksun sirlərini tələbələrimə öyrədəcəm - Sputnik Azərbaycan
Rio-2016-nın gümüş mükafatçısı: Karyeramı bitirdikdən sonra müəllim olaraq boksun sirlərini tələbələrimə öyrədəcəm

—  Sotomayor boksçu olmasaydı, hansı peşəyəni seçərdi?

— Yəqin ki, həkim olardım. Çünki mən uşaq olanda qonşumuzda bir kişi yaşayırdı. O, mənə ilk tibbi yardımı öyrətmişdi və həkim sənətinə sevgi yaratmışdı. 

 Sotomayor karyerasını sona çatdırandan sonra nə ilə məşğul olmağı düşünür?

— Kubada mənim müəllimlik etmək hüququm var. Karyeramı bitirdikdən sonra çox güman ki, müəllim olaraq boksun sirlərini tələbələrimə öyrədəcəm. Azərbaycandan təklif gələrsə, burada da qala bilərəm. 

 Salsa rəqsi Kubanın ən gözəl rəqslərindən biridir. Bu rəqsi oynaya bilirsiniz və bu rəqsin elementlərindən rinqdə istifadə edirsiniz? 

— Kubada hər kəs bu rəqsi oynaya bilir. Əlbəttə, mən də rinqdə salsa hərəkətlərindən istifadə edirəm və bununla rəqibi yoruram. Rəqibin yorulduğunu hiss edəndə ona zərbələr endirirəm. Hətta Azərbaycan rəqslərini də oynaya bilirəm. Xüsusilə “ləzginka” oynamağı sevirəm. 

 4 ildir Azərbaycandasınız. Bu illər ərzində ən yadda qalan hadisə hansıdır?

— Rio Olimpiadası unudulmazdır mənim üçün. Yarışlardan sonra geri dönərkən qarşılanmamız mənim üçün yaddaqalan hadisə oldu. 

© Sputnik / Murad OrujovL.Sotomayor: Övladlarımın boksla məşğul olmasını istəmərəm
L.Sotomayor: Övladlarımın boksla məşğul olmasını istəmərəm - Sputnik Azərbaycan
L.Sotomayor: Övladlarımın boksla məşğul olmasını istəmərəm

— Boks çox çətin və qorxulu idman növü kimi tanınır. Sotomayor öz övladlarının bu idmanla məşğul olmasına razı olar? 

— Əsla. Boks həqiqətən çətin idman növüdür. Mən övladlarımın zədələnməsini və əziyyət çəkməsini heç vaxt istəmərəm.

 Son olaraq boksla bağlı ən maraqlı hadisəni danışa bilərsiniz?

— Heç vaxt unutmayacağım bir hadisə olub. Uşaq idim. Bir neçə ay idi boksa gedirdim və ilk yarışım idi. Anam məni yarışa aparmışdı. Rəqibim  təcrübəli olduğu üçün məni döydü və bunu görən anam ayaqqabılarını çıxarıb rinqə rəqibimə atmağa başladı (gülür). Təbii ki, məni bu yarışdan uzaqlaşdırdılar. 

Xəbər lenti
0