CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Banklar dollar təzyiqinə tab gətirmədi

© REUTERS / Romeo RanocoDollar
Dollar - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün səhərdən etibarən banklarda dolların alış-satış qiymətləri qalxıb

BAKI, 3 mart — Sputnik. Bu gün səhər Azərbaycan kommersiya banklarının bir çoxu məzənnələrə dəyişiklik edib. Sputnik Azərbaycan Fins.az-a istinadən xəbər verir ki, "Accessbank" dolların alışını da, satışını da yüksəldib: alış 1.7470-dan 1.7480 manatadək; satış 1.8040-dan 1.8070 manatadək qalxıb.

Mərkəzi bank - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Dolların rəsmi məzənnəsi bilindi

Dünən axşam saatlarında "Unibank" dolları 1.7505 manata alırdı. Bu səhər saat 10-nun göstəricisinə əsasən isə 1.7540 manata alır. "NBC Bank", "VTB Bank" və "Kapitalbank" da həmçinin alış qiymətini yüksəldib. "NBC Bank" dollar alışını 1.7400-dən 1.7450 manatadək, "VTB" — 1.7450-dən 1.7500 manatadək, "Kapitalbank" 1.7485-dən 1.7500 manatadək bahalaşdırıb.

Daha iki bank yalnız satış qiymətlərini dəyişdirib: "Bank Silk Vey" və "Muğanbank". "Bank Silk Vey"də dollar.7750-dən 1.7760 manatadək bahalaşıb. "Muğanbank"da isə dolların satışı 1.8100 manatdan 1.8000 manatadək ucuzlaşıb. "Atabank" alışı da, satışı da ucuzlaşdırıb: alışı 1.7500-dan 1.7400 manatadək, satışı 1.7950-dən 1.7900 manatadək. "AGBank" isə dolların alışını 1.7450 manatdan 1.7400 manatadək ucuzlaşdırıb. Bu bankda ABŞ valyutasının satışı 2,5 qəpik ucuzlaşdırıb: 1.8200 manatdan 1.7950 manata enib.

Xəbər lenti
0