Nağıllar şəhərində kabus dolaşır

© pixabay / vedatzorluerİstanbul şəhəri
İstanbul şəhəri - Sputnik Azərbaycan
Abunə olmaq
"Ya mən İstanbulu fəth edərəm, ya İstanbul məni..."

İradə Cəlil, Sputnik Azərbaycan

(İstanbul — II yazı)

BAKI, 3 mart — Sputnik. "İstanbula sahib olan bütün dünyaya sahib olar. Əgər dünya böyük bir dövlət olsaydı, İstanbul onun paytaxtı olardı" — deyirdi Napoleon.

Həqiqətən də İstanbul doyulmayacaq, bezilməyəcək bir şəhərdir. Daha doğrusu, idi… Terror səbəbindən dünyanın ən təhlükəli şəhərlərindən birinə çevrilənə qədər. Milyonlarla insanın yaşadığı, milyonlarla əcnəbinin can atdığı İstanbul, indi təhlükə mənbəyidir. Bunu İstanbulun əhalisi də təsdiq edir, qonaqları da…

İstanbul - Sputnik Azərbaycan
Türk alverçisi azərbaycanlı jurnalistə: “Get onu da yaz ki...”

İstanbula gəldiyim gün hava limanında mühafizə xidmətinin güclü nəzarəti, metroda silahlı polislərin nəzarəti, alış-veriş mərkəzlərində xüsusi, silahlı mühafizəçilərin yoxlamaları diqqət çəkirdi. Hara gedirsənsə, içəri daxil olanda mütləq çantanı və telefonunu mühafizəçiyə təqdim etməli, xüsusi qapıdan keçməli, mühafizəçilərin xüsusi aparat yoxlamasına məruz qalmalısan. Bu, hər yerdə belə idi: bazarda, alış-veriş mərkəzində, metroda, funikulyorda… Bir sözlə, hər yerdə.

İstanbulun insanları səksəkədə yaşayırlar. Çünki PKK və İŞİD terrorçuları istənilən an, istənilən küçədə bomba partlada bilərlər. Küçələrdə çoxsaylı polislər olsa belə.

İstanbul nağıl kimidir

İstanbuldakı ikincü günümdə yolumu alış-veriş mərkəzlərindən saldım. Xüsusi yoxlamalardan keçəndən sonra nəhayət ki, içəri daxil oldum. Ticarət mərkəzlərində hər şey var. Amma hər şeyin qiyməti də od tutub yanır. Qiymət o qədər bahadır ki, istədiyini almaq üçün gərək oraya 6-7 aylıq əmək haqqını yığıb gedəsən.

© Sputnik / Irade JELILİstanbul
İstanbul universiteti - Sputnik Azərbaycan
1/14
İstanbul
© Sputnik / Irade JELILİstanbul
İstanbul Cəvahir alış-veriş mərkəzi - Sputnik Azərbaycan
2/14
İstanbul
© Sputnik / Irade JELILİstanbul
Yamaykalı Stone (solda) yazının müəllifi ilə - Sputnik Azərbaycan
3/14
İstanbul
© Sputnik / Irade JELILİstanbul
Otelin sahibi Can Fəda Arapoğlu - Sputnik Azərbaycan
4/14
İstanbul
© Sputnik / Irade JELILİstanbul
Can Fəda Arapoğlu - Sputnik Azərbaycan
5/14
İstanbul
© Sputnik / Irade JELILİstanbul
İstanbul Laləli bazarı - Sputnik Azərbaycan
6/14
İstanbul
© Sputnik / Irade JELILİstanbul
İstanbul Laləli bazarı - Sputnik Azərbaycan
7/14
İstanbul
© Sputnik / Irade JELILİstanbul
Qapalı çarşının satıcısı Murad - Sputnik Azərbaycan
8/14
İstanbul
© Sputnik / Irade JELILİstanbul
Eminönü limanı - Sputnik Azərbaycan
9/14
İstanbul
© Sputnik / Irade JELILİstanbul
Mısır çarşısı - Sputnik Azərbaycan
10/14
İstanbul
© Sputnik / Irade JELILİstanbul
İstanbul Ticarət Odası - Sputnik Azərbaycan
11/14
İstanbul
© Sputnik / Irade JELILİstanbul
İraqlı turist - Sputnik Azərbaycan
12/14
İstanbul
© Sputnik / Irade JELILİstanbul
Otelin qeydiyyat masası - Sputnik Azərbaycan
13/14
İstanbul
© Sputnik / Irade JELILİstanbul
Sirkeci Turvan otel - Sputnik Azərbaycan
14/14
İstanbul
1/14
İstanbul
2/14
İstanbul
3/14
İstanbul
4/14
İstanbul
5/14
İstanbul
6/14
İstanbul
7/14
İstanbul
8/14
İstanbul
9/14
İstanbul
10/14
İstanbul
11/14
İstanbul
12/14
İstanbul
13/14
İstanbul
14/14
İstanbul

Yəni, əgər qazancınız sadə jurnalist qazancıdırsa, İstanbulun ticarət mərkəzinə getməyin. Sizin üz tuta biləcəyiniz yer ancaq bazardır. Alış-veriş mərkəzləri isə sizin üçün, sadəcə gəzməli bir yer ola bilər. Elə mənim üçün gəzməli yer olduğu kimi. Gəzdim, əcnəbilərlə İstanbul haqqında danışdım, fikirlərini öyrəndim. Fikirləşdim ki, istədiklərimi ala bilmirəmsə, heç olmasa Bakıya əliboş getməyim, maraqlı yazılarım olsun.

Ticarət mərkəzində tanış olduğum Stone adlı gənc oğlan əslən Yamaykadandır. Uzun illərdir ki, İstanbulda çalışır. Bu şəhəri çox sevdiyini də deyir: "Son zamanlar baş verən terror hadisələri məni də narahat edir. Mən İstanbulu sevirəm, İstanbulun belə vəziyyətə düşməsini istəməzdim".

Əbdül Baqi isə İraqdan gəldiyini deyir. Azərbaycanlı oldğumuzu biləndə yarı türk, yarı ərəb dilində bizi sevdiyini də bildirdi: "İstanbul nağıl kimidir. Mən burada ticarətlə məşğulam. Türkləri də, azərbaycanlıları da sevirəm. Azəri qızları çox gözəl olurlar".

"Xaricdəki soydaşlarımız da bura gəlməkdən qorxurlar"

Qaldığımız hotelin sahibi Can Fəda Arapoğlu azərbaycanlılara böyük hörmətinin olduğunu bildirir. Deyir ki, otelində daha çox azərbaycanlılar qalır və onlar üçün əlindən gələni etməyə çalışır: "Hazırda xaricdə yaşayan Türkiyə vətəndaşları belə, vətənə qorxa-qorxa gəlirlər. Hardasa bomba partlayar, hardasa terror hadisəsi baş verər deyə qorxudan bura gəlmək istəmirlər. Mənim xaricdə yaşayan dostlarım da "indi gəlməyək, vəziyyət bir az düzəlsin, sonra gələrik" deyirlər. Onlar tez-tez İstanbulda, Türkiyədəki vəziyyətlə maraqlanırlar. Xaricdə yaşayanlar hər şeyi bilmədikləri üçün narahat olurlar. Bu narahatçılıq da turist sayının azalmasına gətirib çıxarır".

Arapoğlunun sözlərinə görə, dünya ictimaiyyəti Türkiyədə baş verənlərdən media vasitəsilə xəbər tutur: "Media isə bəzən baş verən terror hadisələrini şişirdərək yayır. Turizm Türkiyənin ən böyük gəlir sahələrindən biridir. Bəzi qruplaşmalar isə Türkiyə iqtisadiyyatını zəiflətmək üçün bu kimi hadisələri böyüdərək cəmiyyətdə qorxu yaratmağa çalışırlar. Əsas məqsəd isə Türkiyəni təhlükəli, etibarsız bir hala gətirib, turist axınını azaltmaqdır. Türkiyədə bir il içində 15-dən çox terror hadisəsi oldu. İstanbul kimi yerdə 4 dəfə bomba partladı. Yüzlərlə insan canından oldu. Əcnəbilər də bunu eşitdiyi zaman inamlarını itirir, Türkiyəyə gəlmək istəmirlər".

"İstanbulu əcnəbilərin gözündə Suriyaya bənzətmək istəyən qruplaşmalar var. Məsələn, sən jurnalistsən. Sənə desələr ki, bu pulu al, get Suriyada istirahət elə, gedərsənmi? Yox! Türkiyəni də zamanla Suriyaya bənzətmək istəyirlər. Qiymətlər nə qədər münasib olsa da, şəhər nə qədər gözəl olsa da, canını sevən Türkiyəyə gəlmək istəmir və turist axını azalır" — müsahibim vurğulayır.

Arapoğlu deyir ki, hal-hazırda bazarlarda ərəblər və ruslar alış-veriş edirlər: "Turistlər arasında avropalılar barmaqla sayılacaq qədər azdır. Əvvəllər turistlər ən çox Avropa ölkələrindən gəlir və yaxşı da pul xərcləyirdilər. İndi demək olar ki, onlar ümumiyyətlə yoxdurlar. İndi Türkiyədə və İstanbulda, iş üçün gələn və ya artıq burada yaşayan suriyalılar çoxluq təşkil edirlər".

Hotel onu da əlavə edir ki, Ankarada Rusiyanın səfiri öldürüləndən sonra belə, rus turistlərin gəlməsində heç bir problem yaşanmayıb: "Hal-hazırda otelimizdə ruslar var. Öncədən yer sifariş edən rus qonaqlarımız da var. Onlar başa düşürlər ki, səfirin öldürülməsi Türkiyə ilə əlaqəli olan bir hadisə deyil. Bu, Türkiyə-Rusiya münasibətlərinə zərər vurmaq üçün planlanmış bir hadisə idi".

Полицейские и кареты скорой помощи на месте взрыва в центре Стамбула, 10 декабря 2016 года - Sputnik Azərbaycan
İstanbul yenə terror aktları ilə silkələndi

"Türkiyədə hal-hazırda FETÖ deyilən bir terror təşkilatı var. Bu təşkilat Türkiyədə olan vəziyyəti dəyişməyə çalışır. Rusiya prezidenti də bunun fərqindədir. Ancaq bizim münasibətlərimiz sarsılmazdır. Bizim ən yaxşı dostlarımızdan, müttəfiqlərimizdən biri Rusiyadır. Nə olursa olsun, bizim dostluğumuzu poza bilməzlər. Ara-sıra kiçik problemlər ola bilər. Amma bizim münasibətimiz pozula bilməz. Buna görə də, bu günə kimi hər hansı bir rus gəlib mənimlə mübahisə etməyib" — Arapoğlu fikrini yekunlaşdırır.

Gəlmələrin prinsipi: "Təki iş olsun"

Hazırda Türkiyədə hotellərdə çox zaman özbəklər, gürcülər çalışırlar. Arapoğlu deyir ki, türklər hotellərdə işləməyi sevmir və çox zaman verilən əmək haqqını da bəyənmirlər: "Məsələn, türklər burada qabyuyan işində işləmək istəmirlər. Onları verilən maaş qane etmir. 3 gün işləyib gedirlər. Amma əcnəbilər üçün bu, fərq eləmir, "təki iş olsun" deyib işləyirlər".

Qaldığımız "Turvan" hoteldə müxtəlif millətlərin nümayəndələri yerləşmişdilər. Hotel qiymətləri münasib, personal səmimi olduğundan, insan burada özünü evində kimi hiss edirdi. Hətta hotel sahibləri bir neçə dəfə "resepsion"u da mənə əmanət etmişdilər. Bu səbəbdən də gələn qonaqlarla söhbət edib, onların İstanbul, Türkiyə haqqında fikirlərini bilmək o qədər də çətin olmadı. Hamıda bir fikir vardı: "Türkiyə, İstanbul gözəldir, amma təhlükəlidir…"

(ardı var)

Xəbər lenti
0