Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

ABŞ və Türkiyə orduları qarşı-qarşıya gələ bilər - Suriya bataqlığı

© REUTERS / Umit BektasTürk tankları
Türk tankları - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Hazırda Suriyada "canavarlar süfrəsidir" və orada balans savaşı gedir. Türkiyə isə tərəzinin tam ortasında durur"

BAKI, 3 mart — Sputnik. Bu günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan səfərindən dönərkən, təyyarədə jurnalistlərin suallarını cavablandırıb. Prezident türk ordusunun Menbiçə hərbi əməliyyat hazırlığı içində olduğunu söyləyib. Əl-Bab qəsəbəsinin azad olunmasından sonra istiqamətin Menbiç olduğunu deyən Ərdoğan, o ərazini PYD terrorçularından təmizləyəcəklərini bildirib.

© Photo : Yılmaz Altınsoyun şəxsi arxivindənPolitoloq Yılmaz Altınsoy
Politoloq Yılmaz Altınsoy  - Sputnik Azərbaycan
Politoloq Yılmaz Altınsoy

Lakin problem ondadır ki, Menbiç şəhərinə nəzarət hazırda ABŞ-ın dəstək verdiyi, terrorçu təşkilat olaraq bilinən PYD-nin əlindədir. Və amerikalı əsgərlər həmin şəhərdə PYD-li terrorçulara döyüş təlimləri keçirlər.

Belə olan zaman sual yaranır: Əgər türk ordusu ərazidə əməliyyat başlatsa, Amerika əsgərləri ilə qarşılaşma ehtimalı varmı? Əgər belə bir hadisə baş verərsə, region və dünya üçün hansı nəticələri ola bilər? Bu barədə Sputnik Azərbaycan-a türkiyəli politoloq Yılmaz Altunsoy açıqlama verib.

"ABŞ özünün ənənəvi müttəfiqi olan Türkiyəni terrorçulara dəyişməz. Türk ordusu ilə Amerika ordusunun Menbiçdə üz-üzə gəlməyəcəyini, nəticədə ağılın üstün gələcəyini düşünürəm. Amerikanın terrorçu PYD-ni əzəli müttəfiqi Türkiyədən üstün tutacağını zənn etmirəm" — politoloq bildirib.

Bununla belə, Altunsoy bildirib ki, türk ordusunun başlatdığı "Fərat Qalxanı" əməliyyatı Türkiyənin təhlükəsizliyi, hüzuru və istiqlalı üçün son dərəcə önəmlidir: "Bu səbəbdən, nəticəsi nə olur-olsun, hərbi əməliyyata davam ediləcək. Əks halda Türkiyənin bu coğrafiyada varlığı təhlükə altına girəcək. Mən Donald Tramp rəhbərliyindəki Amerikanın Türkiyə ilə birbaşa savaşa girəcəyini fikirləşmirəm. Belə bir şey olsa, Allah qorusun, 3-cü dünya müharibəsinin barıtına kibrit çaxılmış olacaq".

Türkiyə silahlı qüvvələrinin tank qoşunları. Arxiv şəkli - Sputnik Azərbaycan
Türkiyə müharibə hazırlıqlarına başladı

Rusiya ilə Türkiyənin birgə səyi ilə Suriyada imzalanan atəşkəsin istənilən nəticəni verməməsini isə həmsöhbətimiz belə şərh edib: "15 iyul hərbi çevriliş cəhdindən sonra Türkiyənin Rusiya ilə yaxınlaşması və bu yaxınlıq sayəsində Suriyada atəşkəs elan olunması Qərbi çox narahat etdi. Əgər fikir verirsinizsə, Astanadakı "Suriya konfransı"ndan dərhal sonra, Almaniya və Britaniyanın baş nazirləri Ankaraya gəldilər. ABŞ-ın yeni prezidenti Donald Tramp ilk ölkə xarici səfərlərindən birini Türkiyəyə gerçəkləşdirəcək".

"Qərb bloku heç bir halda Türkiyənin Rusiyaya tərəf meyllənməsinə, beynəlxalq güc tarazlığında özlərinin geridə qalmasına imkan vermək istəmir. Mövcud vəziyyət səbəbindən Türkiyə balanslı siyasət aparır. Həm Amerika, həm də Rusiya ilə eyni məsafə saxlamaqda qərarlıdır. Moskva isə Ankaranın tam olaraq onun yanında yer almasını, NATO-dan çıxmasını, Qərbdən uzaqlaşmasını, mədəniyyətlərarası savaşda Rusiya ilə birgə hərəkət etməsini istəyir" — Altunsoy vurğulayıb.

Müsahibizin fikrincə, Türkiyə Rusiya ilə taktiki əməkdaşlığı davam etdirməlidir: "Strateji olaraq biz Rusiyaya tam arxa çevirə bilmərik. Son iki yüz illik tariximizə baxdığımız zaman görürük ki, bu dövlətlə ancaq savaşmışıq. Artıq hər iki tərəf də bunun təkrarlanmasını istəmir".

"Hazırda Suriyada "canavarlar süfrəsidir" və orada balans savaşı gedir. Türkiyə isə tərəzinin tam ortasında durur. Hər kəs Türkiyəni qazanmağa çalışır. Qazana bilməyəcəyini anlayan da bir şəkildə ölkəmizə qarşı cəbhə alacaq" — politoloq əlavə edib.

Xəbər lenti
0