BAKI, 2 mart — Sputnik. "Əgər PYD silahlıları Menbiç şəhərini tərk etməsələr, ordumuz onları bombalayacaq". Sputnik xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Biz daha əvvəl də söyləmişdik. PYD-YPG Fərat çayının qərb tərəfinə keçməsin. Əks halda vuracağımızı dəfələrlə bəyan etmişdik. İndi görürük ki, xəbərdarlığımıza əməl etmirlər. Hazırda Menbiçə tərəf əməliyyat hazırlığı içərisindəyik" — Çavuşoğlu bildirib.