BAKI, 2 mart — Sputnik. Sabahdan etibarən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarında gediş haqqı tariflərində dəyişiklik edilir. Belə ki, xidmət xərclərinin balanslaşdırılması məqsədilə martın 3-dən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarında gediş haqqı tarifləri artırılıb.
Bu qərar elektrik enerjisi ilə işləyən metroda gediş haqqının artırılması məsələsini gündəmə gətirib. Bununla bağlı Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Sputnik Azərbaycan-a açıqlama verib. Mətbuat xidmətinin rəhbəri açıqlamasında bildirib ki, gediş haqlarının artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməyib.