BAKI, 2 mart — Sputnik. Martın 3-dən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının gediş tariflərində dəyişiklik ediləcək. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.
Xidmət xərclərinin balanslaşdırılması məqsədilə, 3 mart 2017-ci ildən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarında gediş haqqı tarifləri aşağıdakı cədvələ uyğun olaraq dəyişdirilir: