CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

12 yaşında tanımadığı oğlanlarla marixuana çəkən Səkinənin şok etirafları

© Flickr / Rebecka BjurmellДевушка с сигаретой, фото из архива
Девушка с сигаретой, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Məşuqunun qızlarına qarşı seksual xarakterli hərəkətlər etdiyi Lüdmila sığınacaqdakı yeniyetmələri qaçırmaq istəyib

BAKI, 2 mart — Sputnik. On iki yaşlı Səkinə Hümbətova həyətdəki 20 yaşlı uşaqlarla tanış olmayıb. Bununla belə, qız gecə vaxtı məktəbin həyətində dayanan bir dəstə oğlanın yanına gedib və çəkməyə bir şey istəyib. Gənclər tanımadıqları bu qıza şaşqınlıqla baxıblar və əmin olublar ki, bu qız onları tanımır. Amma yeniyetmə deyib ki, ona etibar etmək olar və o, həqiqətən də "ot" dalınca gəlib.

Səkinə Hümbətovanın artıq 13 yaşı var. O, hüquq müdafiəçisi Kəmalə Ağazadənin rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyi yanında fəaliyyət göstərən İnteqrasiya Mərkəzinin uşaq sığınacağında tərbiyə olunur. Qız narkotiklərə necə aludə olduğunu və nəticədə küçəyə necə düşdüyünü danışmağa razılıq verib.

Наркотические вещества перед их уничтожением в антинаркотическом ведомстве, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan ana və qızı...

"Mənim ailəm əslən Cəbrayıl rayonundandır. Biz Sumqayıtda yaşayırıq, daimi yaşayış yerimiz yoxdur. Valideynlərim ayrılıb və uşaqları bölüblər: qardaşım atamla qalıb, mən isə anamla. Mən anama çox bağlı olmuşam. O səhərlər işə gedirdi, axşamlar gec qayıdırdı. Mən özbaşıma qalırdım" — deyə Səkinə öz hekayəsini danışır.

Qız məktəbə getməməyə başlayır. Əvvəlcə anası bu barədə heç nə bilmir. Sona qonşular anasına xəbər verirlər ki, Səkinə dərslərini buraxır, bundan əlavə başqa işlərlə də məşğul olur. Anası tezliklə qazanc dalınca Türkiyəyə gedir və qızını nənəsinin yanında qoyur. Lakin Səkinə nənəsi ilə yaşamaq istəmir. O, anasızlıqdan çox əziyyət çəkir. Əsəbdən onun saçları tökülməyə başlayır. Qız bu barədə həyətdəki həmyaşıdlarına şikayətlənir. Onlar isə qıza bu dərdi unutmaq üçün marixuana çəkməyi məsləhət bilirlər.

Sonra Səkinə 42-ci kvartalda atası və qardaşı ilə yaşamağa başlayır. Soyuducu ustası olan atasının öz mənzili olmayıb. O qarajda yaşayırmış. Qaraj yaşamaq üçün uyğun olmadığından, kişi gününə 3 manat verib qızı üçün gənc ailənin evini kirayələyir.

"Mən elə bu həyətdə də marixuana çəkən uşaqlarla tanış oldum. Amma onu pulsuz əldə etmək mümkün deyil. Ona görə də oğurluq etməli oldum. Əvvəlcə mən atamın pullarını, mobil telefonunu oğurlamağa başladım. Atam bir neçə dəfə məni bağışladı. Oğurluqdan sonra mən narkotik tacirlərinin yanına qaçdım və 10 manata onlardan bir kibrit qutusu quru marixuana aldım" — Səkinə deyib.

Bu pula alınan marixuananı Səkinə gənclərlə birlikdə çəkib. Amma Səkinə təkcə çəkmir, həm də narkotik tərkibli həblər qəbul edir. Yeniyetmələr qıza deyirlər ki, ən yaxşısı baralgin və tramol qəbul etməkdir.

Tramol (tramadolun törəməsi) — ağrıkəsici vasitə, narkotik analgetikdir. Narkomanlar heroin əldə edə bilməyəndə, tramadol qəbul edirlər.

Səkinə səhərlər beş həb qəbul edirmiş və heç nə yemirmiş.

Narkotik maddə. Arxiv şəkli - Sputnik Azərbaycan
İranlı gül qabı əvəzinə narkotik verdi və...

Narkotiklərin qəbulu iki ay çəkir, atası qızının çəkməsindən xəbər tutana qədər.

"Biz binaların bloklarında, məktəbin həyətində çəkirdik. Bir neçə dəfə polis məni oğurluq üstündə tutub, narkotiklərlə bağlı sorğu-suala çəkib, amma mən uşaqları satmamışam. Bundan sonra uşaqlar mənə daha çox inanmağa başladılar" — qız deyib.

Atası, Səkinə onun kompüterini oğurlayandan sonra ondan imtina edir. O, qızını özü polisə təhvil verir. Deyir ki, "səni uşaq koloniyasına göndərəcəklər".

Səkinənin hekayəsini şərh edən Kəmalə Ağazadə bildirib ki, belə uşaqlar cəmiyyətdə özlərinə yer tapa bilmirlər. Valideynləri onlardan imtina edirlər. Beləliklə, onlar öz problemlərindən qaçmaq üçün küçəyə üz tuturlar.

Азад Исазаде, психолог - Sputnik Azərbaycan
Yeniyetmə yaşında intiharların vacib bir səbəbi var

"Sığınacaqda qaydaları tətbiq etmək çox çətindir. Burada yemək, paltar var, amma telefon, narkotik və azadlıq yoxdur. Bununla yanaşı ciddi qayda-qanun var ki, ona da riayət etmək lazımdır" — deyə hüquq müdafiəçisi bildirir.

Tərbiyəçilərin ciddi nəzarətinə baxmayaraq, Səkinə bir dəfə sığınacaqdan qaçmağa cəhd edib. Yeniyetmə qız və onun yoldaşları Lüdmila adlı qadının yolu ilə getmək istəyirlər. Lüdmila da uşaq sığınacağında olub.

"Lüdmila qızlara deyib ki, onları götürəcək, onlar üçün mənzil kirayələyəcək və onlara nəzarət edəcək. Bu, məşuqunun qızlarına qarşı seksual xarakterli hərəkətlər edən Lüdmiladır. İndi o, qızları oğurlamaq istəyir. Əgər bu qaçışdan vaxtında xəbər tutmasaydıq, onların başına nə gələcəyini təsəvvür etmək belə çətindir" — deyə Kəmalə Ağazadə bildirib. 

Lüdmilanı sığınacaqdan qovublar, uşaqlarını isə saxlayıblar. Faktla bağlı polis araşdırmaya başlayıb.  

Bu gün Səkinə özünü yaxşı hiss edir. Artıq narkotik onu cəlb etmir və onda oxumaq arzusu baş qaldırıb… 

Xəbər lenti
0