CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan ana və qızı...

© Sputnik / Mediabanka keçidНаркотические вещества перед их уничтожением в антинаркотическом ведомстве, фото из архива
Наркотические вещества перед их уничтожением в антинаркотическом ведомстве, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən 55 yaşlı ana və onun 33 yaşlı qızı saxlanılıb

BAKI, 21 yan — Sputnik. Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən 3 nəfər saxlanılıb. 

Balakən rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında rayonun Qazma kənd sakinləri olan 1962-ci il təvəllüdlü Əliyeva Şümeysət və onun qızı 1983-cü il təvəllüdlü Əliyeva İlahənin yaşadıqları evdə əməliyyat-axtarış tədbiri keçirib.

Sputnik Azərbaycan-ın məlumatına əsasən, evdən hal şahidlərinin iştirakı ilə 8 ədəd müxtəlif bağlamalarda ümumi çəkisi 3 kq 446,27 qram olan qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb. Aparılan əməliyyat-axtarış tədbiri nəticəsində məlum olub ki, qeyd edilən narkotik vasitəni onlara tanışları, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, rayonun Mahmalar kənd sakini 1984-cü il təvəllüdlü Babayev Kamran Cəlaləddin oğlu verib. Kamran Babayevin yaşadığı evə baxış zamanı isə oradan 46,93 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Tədbir nəticəsində hər üç şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə şübhəli şəxs qismində saxlanılıblar.

Faktla bağlı Balakən RPŞ-də CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb, istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti
0