BAKI, 1 mart — Sputnik. Martın 3-də kikboksinq üzrə peşəkarlar arasında VIII “Heydər Əliyev Kuboku” uğrunda turnirdə Azərbaycan və İran kikboksçuları öz güclərini sınayacaqlar.
“İki ölkənin ən güclü idmançıları öz güclərini sınayacaqlar. Ölkələr arasında əlaqələrin inkişafında idmanın xüsusi rolu var. Həmçinin, turnir Azərbaycan-İran dostluğunu daha da gücləndirəcək. İdmansevərləri və vətənpərvər insanları idmançılarımıza dəstək olmağa dəvət edirəm” — AKF prezidenti, millət vəkili Adil Əliyev Sputnik Azərbaycan-a bildirib.
Qeyd edık ki, Turnir Qafqaz Baku Sport Hotel, Xətai rayonu (Amay t/m yanı) 3 mart 2017-ci il tarixində saat 18:00-da başlayacaq.