Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İkiqat Paralimpiya çempionu: "Heç bir rəqibi zəif saymıram"

© Photo : APAİkiqat Paralimpiya və dünya çempionu İlham Zəkiyev
İkiqat Paralimpiya və dünya çempionu İlham Zəkiyev - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Zəkiyev: "İslam oyunlarında çıxış edəcək idmançılarımızın hər biri qızıl medal qazanmağa layiqdir və bunu bacararlar"

BAKI, 1 mart — Sputnik. Dördüncü İslam Hərəyliyi Oyunlarının keçirilməsinə çox az vaxt qalıb. Belə ki, may ayının 12-22-də təşkil olunacaq İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı ən güclü idmançıları təmsil edəcək. Həmin idmançılardan biri də ikiqat Paralimpiya və dünya çempionu İlham Zəkiyevdir. İdmançı Sputnik Azərbaycan-a İslam Həmrəyliyi Oyunları haqda fikirlərini paylaşıb. 

— İslam Oyunları 4-cü dəfədir keçiriləcək. İlham Zəkiyevin 4-cü İslam Həmrəyliyi Oyunlarından gözləntiləri nədir və bu oyunların digər İslamiadalardan fərqi nədə olacaq?

— İslamiada heç də asan yarış olmayacaq. Digər 3 İslam Oyunlarından fərqi oldur ki, bu yarış doğma divar arasında olacaq və xalqımız bizə dəstək ola biləcək. Fürsətdən istifadə edib hər kəsi dəstək üçün yarışlara dəvət edirəm. İdmançılarımızın Avropa Oyunlarından fərqli olaraq İslam Oyunlarında birinci olmaq şansları daha çoxdur. 

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev - Sputnik Azərbaycan
İDMAN
İslamiada fərqli olacaq və ölkəyə müsəlman turistlər axışacaq

 Daha çox şans varsa, deməli bir qədər zəif yarış olacaq? İslam Oyunları Avropa Oyunlarından zəif yarışdır?

— Zəif idmançı və yarış yoxdur. İslam Oyunlarında kifayət qədər güclü idmançılar iştirak edəcək. Söhbət olimpiya, dünya və Avropa çempionlarından gedir. Belə rəqiblərə necə zəif demək olar?!

— Hansı idmançılardan medal gözləyirsiniz?

— Bu yarışda ölkəmizi ən güclü idmançılarımız təmsil edəcək. İdmançılarımızın hər biri qızıl medal qazanmağa layiqdir və bunu bacararlar. 

 İlham Zəkiyev dünyada ən güclü paralimpiyaçıdır. Bütün rəqib idmançılarınız sizdən çəkinir. Bəs İlham Zəkiyevin özünün çəkindiyi rəqibi hansıdır? 

— İlham Zəkiyev heç bir rəqibi zəif saymır. Zəif baxdığın rəqib sizə qalib gələ bilər. Ona görə hər bir rəqibimə diqqət edirəm və xüsusi hazırlaşıram.  

 İslam Oyunlarının səfiri olaraq nə işlər görəcəksiniz?

— Müxtəlif regionlarda görüşlər keçirəcəyik, uşaqlar üçün ustad dərsləri təşkil ediləcək, eyni zamanda uşaq evlərində, universitetlərdə və digər yerlərdə görüşlər olacaq. Bir sözlə, idmanın təbliği ilə məşğul olacağıq. 

Xəbər lenti
0