BAKI, 1 mart – Sputnik. İl yarım əvvəl Çinin "Pekin Xuan" klubuna transfer olan türk əsilli futbolçu Burak Yılmaz yenidən keçmiş komandasına dönə bilər. Sputnik Azərbaycan bu barədə Milliyet-ə istinadən xəbər verir.
Məlumata görə, futbolçu yaxın günlərdə yenidən "Qalatasaray"ın formasını geyəcək. Transferin reallaşması üçün türk klubunun menecerləri Çinin paytaxtı Pekinə yollanıb.