BAKI, 25 fev — Sputnik. Əfsanəvi futbolçu Pelenin oğlu həbs olunub. Sputnik Azərbaycan-ın RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Edson Şolbi Nasimentu (Edinyo) 13 illik həbs cəzasını çəkmək üçün polisə gəlib.
Braziliya məhkəməsi 2014-cü ildə onun barəsində 33 il müddətinə həbs qərarı çıxarıb.
Edinyo narkotacirlərdən alınmış çirkli pulların yuyulmasında təqsirli bilinir. Lakin o, apellyasiya şikayətinə baxıldığı müddətdə azadlıqda qalıb.
Fevralın 23-də məhkəmə ittiham aktını təsdiqləyib və cəzanı 12 il 10 aya endirib.
Edinyo fevralın 24-də Santos şəhərinin polis məntəqələrindən birinə gəlib. "Çox məyusam, çünki məni törətmədiyim cinayətdə — çirkli pulların yuyulmasında ittiham edirlər" — o bildirib.
Araşdırma 2005-ci ildə başlayıb. Edinyoya qarşı tanınmış narkotacirlərlə əlaqə və narkoticarətdə iştirakla bağlı ittiham irəli sürülüb. O isə ittihamları qətiyyətlə təkzib edərək bildirib ki, narkotik qəbul etsə də, onların satışında iştirak etməyib.