BAKI, 24 fev – Sputnik. 17 yaşlılardan ibarət İspaniyanın "Barselona" və Almaniyanın "Dortmund" klubları arasında oynanan UEFA Gənclik Liqası matçında vurulan bir qol dünyada geniş əks-səda doğurub.
"Barselona" forması geyən 17 yaşlı Jordi Mboula inanılmaz texnikası və rəqib qapıdan keçirdiyi qol ilə hər kəsi heyrətə gətirib.
Gənc futbolçunun möhtəşəm hərəkətləri və vurduğu qol sosial şəbəkələrdə izlənmə rekordları qırıb. Artıq Jordi Mboula üçün "Barselona"nın yeni Messisi deyilməyə başlanıb.
Sputnik Azərbaycan Hürriyet-ə istinadən həmin anları təqdim edir: