Jalə Rzabəyli: “Tanınmış idmançılar o geyimlərdə təqdim olunurlar”
Azərbaycan idman nailiyyətlərindən bəhs edən “SportTime” jurnalının 2016-cı ilin yekunlarına həsr olunmuş nömrəsi artıq işıq üzü görüb.
Jurnalın baş redaktoru Jalə Rzabəyli deyir ki, “SportTime” jurnalı artıq 2 ildir fəaliyyət göstərir: “Juranlın ilk nömrəsi 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları ilə bağlı idi. İki ildir ki, jurnal 3 aydan bir nəşr olunur. Jurnalın əsas fəaliyyəti ölkədəki idman siyasətinə xidmət etməkdir”.
“Ölkə rəhbərliyinin idmana göstərdiyi diqqət, qayğı, idmançılarımızın nailiyyətləri, federasiyaların fəliyyətləri, həmçinin azyaşlı uşaqların qazandığı uğurlar jurnalda yer alır. Jurnalda müxtəlif rubrikalar var. Bu rubrikalar tarix, mədəniyyət, moda ilə əlaqədar olur” — deyə o bildirib.