Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dollar banklarda sürətlə ucuzlaşır

© AFP 2024 / WAKIL KOHSARПересчитывание денег. Архивное фото
Пересчитывание денег. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Bəzi banklarda dolların satış qiyməti 1.79 manata kimi enib

BAKI, 23 fev — Sputnik. Azərbaycan banklarında dolların sürətlə ucuzlaşması prosesi müşahidə olunur. Sputnik Azərbaycan-ın "Marja"ya istinadən məlumatına görə, bəzi banklarda dolların satış qiyməti 1.79 manata kimi enib.

Belə ki, dünən banklarda dolların ucuzlaşmasının ardından bu gün də banklarda məzənnələr aşağı düşür. Məsələn, dünən dolları 1.76 manatdan alan və 1.8150 manat satan AmrahBank bu gün səhər dollara 1.75 manat alış, 1.80 manat satış qiyməti təyin edib.

Сто долларов США - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Dollar durmadan ucuzlaşır
NBC Bank isə dolların satış qiymətini 1.82 manatdan 1.81 manata, AtaBank 1.83 manatdan 1.8150 manata endirib.

Ardınca, səhər dolların satış qiymətini 1.80 manata endirən AmrahBank, məzənnəni ikinci dəfə də aşağı salaraq dolları 1.79 manatdan satmağa başlayıb. Bank BTB-də dolların asatış qiymətini 1.8250 manatdan 1.80 manata endirib.

Bloomberg" ticarət platformasında USD-AZN məzənnəsi 1.7921 səviyyəsinə düşüb.

Bu gün saat 12:00 radələrində Mərkəzi Bankda valyuta hərracının keçiriləcəyi gözlənilir.

Xəbər lenti
0