BAKI, 22 fev — Sputnik. Günortadan sonra da banklarda dolların ucuzlaşması davam edib.
Sputnik Azərbaycan "Marja"ya istinadən xəbər verir ki, Bank Respublika dolların satışını 1.8190 manatdan 1.81 manata, Nikoyl Bank alışı 1.75 manatdan 1.73 manata, satışı 1.82 manatdan 181 manata, Bank Silk Vey satışı 1.8150 manatdan 1.8120 manata, Günay Bank alışı 1.79 manatdan 1.78 manata, satışı 1.8250 manatdan 1.8150 manata, AccessBank satışı 1.8370 manatdan 1.8250 manata endirib.
Xatırladaq ki, səhər saatlarında Bank of Baku dolların alışını 1.75 manatdan 1.74 manata, satışı isə 1.85 manatdan 1.84 manata, AmrahBank alışı 1.77 manatdan 1.76 manata, satışı 1.8250 manatdan 1.8150 manata, NikoylBank satışı 1.83 manatdan 1.82 manata, Bank Avrasiya satışı 1.83 manatdan 1.82 manata, Azərbaycan Sənaye Bankı alışı 1.79 manatdan 1.77 manata, satışı isə 1.84 manatdan 1.83 manata, AtaBank alışı 1.76 manatdan 1.75 manata, satışı isə 1.84 manatdan 1.83 manata, Unibank satışı 1.8270 manatdan 1.8150 manata endirmişdi.
21 fevral 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. Hərracda manatın orta çəkili məzənnəsi 1,7447 səviyyəsində formalaşıb. Bu günə olan rəsmi USD/AZN məzənnəsi 1,7447 səviyyəsindədir.